Çinli tennisçi 12 il müddətinə yarışlardan kənarlaşdırılıb
Beynəlxalq Tennis Bütövlüyü Təşkilatı (ITIA) çinli tennisçi Pan Renlonqu oyun danışdırdığına görə 12 il müddətinə diskvalifikasiya edib.
25 yaşlı tennisçi 2024-cü ilin may-sentyabr ayları arasında 22 oyunda danışıq və ya danışıq cəhdi etdiyini etiraf edib. O, dinləmədən imtina edərək sanksiyalarla razılaşıb. Pan, ITF Dünya Tennis Turu M15 və M25 turnirlərində və ATP Challenger 50 turnirində özünün beş tək oyununu manipulyasiya etdiyini etiraf edib. O, həmçinin digər oyunçulara 17 korrupsiya tələbi ilə müraciət edib və bu da daha altı oyunun danışıqla nəticələnib.
Diskvalifikasiyaya əlavə olaraq, tennisçi 110.000 dollar cərimə olunub ki, bunun 70.000 dolları təxirə salınıb. 7 noyabr 2024-cü ildə başlayan diskvalifikasiya da nəzərə alınıb və cəzanın müddəti bütün cərimələrin ödənilməsi şərtilə 6 noyabr 2036-cı ildə başa çatacaq.
2024-cü ilin noyabr ayında dünya reytinqində 1316-cı yerə yüksələn Pan, diskvalifikasiyası müddətində ATP, ITF və WTA da daxil olmaqla ITIA üzv təşkilatları, eləcə də milli federasiyalar tərəfindən təsdiqlənmiş turnirlərdə oynaya, məşqçilik edə və ya iştirak edə bilməyəcək.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.