Erlin Holann "Mançester Siti"ni tərk edə bilər
İspaniyanın "AS" nəşrinin verdiyi xəbərə görə, "Mançester Siti" klubunun norveçli forvardı Erlin Holann Madrid "Real"ına keçə bilər. Qeyd edək ki, "Kral klubu" ilk öncə "PSJ"-nin 25 yaşlı forvardı Kilian Mbappeni heyətinə qatmaq niyyətindədir. Madrid təmsilçisi hətta fransalı forvarda bu məsələ ilə bağlı yanvarın 15-dək son qərarını verməsini də təklif edib. Əgər Mbappe "Real"ın bu təklifini dəyərləndirməzsə, onda madridli "elçilər" Holann üçün "Mançester Siti"nin qapısını döyəcəklər. Bunun üçünsə "Real" 100 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, cari ildə Holann "şəhərlilər"in heyətində keçirdiyi 22 oyunda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb."Transfermarkt" portalı isə Holannı 180 milyon avro civarında qiymətləndirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.