Messiyə Hindistanda nadir bir saat hədiyyə edildi
Argentina milli komandasının kapitanı Lionel Messi Hindistana səfəri zamanı təkcə humanitar proqramı ilə deyil, həm də bahalı hədiyyəsi ilə gündəmə gəlib.
Messi Hindistanın ən varlı ailələrindən birinin varisi Anant Ambani tərəfindən təsis edilən Vantara Vəhşi Təbiəti Xilasetmə və Reabilitasiya Mərkəzinə baş çəkib və orada Richard Mille RM 003-V2 GMT Tourbillon Asia Edition saatı taxdığı görülüb.
Qeyd edək ki, modeldə skeletləşdirilmiş siferblatlı qara karbon korpus var. Dünyada bu saatın yalnız 12 nümunəsi istehsal olunub və onların dəyəri təxminən 1,2 milyon dollar (2,04 milyon manat) qiymətləndirilir.
Saatın Anant Ambani tərəfindən hədiyyə edildiyi bildirilir. Elə həmin gün Ambani özü daha eksklüziv Richard Mille RM 056 Sapphire Tourbillon ilə görüntülənib və qiyməti 5 milyon dollara (8,5 milyon manat) çatır.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.