Madrid "Real"ı evdə "Mançester Siti"yə uduzub
9-10 dekabr günlərində futbol üzrə UEFA Çempionlar Liqasınin əsas qrup mərhələsində 6-ci turun oyunları keçirilib. Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" klubunun doğma divalar arasında "Ayaks"a (Hollandiya) 2:4 hesabla məğlub olduğu turun mərkəzi qarşılaşmalarından biri İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda yerli "Real"la İngiltərənin "Mançester Siti" klubu arasında baş tutub. Olduqca gərgin mübarizə şəraitində keçəcəyi gözlənilən bu oyunda qələbəyə sevinən qonaq komanda olub - 1:2. Maraqlıdır ki, vurulan topların hamısı birinci hissədə qeydə alınıb. Əvvəlcə ev sahiblərindən Rodriqu (28-ci dəq) hesabı açaraq "Kral klubu"nu hesabda irəli çıxarıb - 1:0. "Şəhərlilər"in cavab qolu heç də gec olmayıb. 35-ci dəqiqədə O'Rayli dəqiq zərbə ilə bərabərlik qolunu vurub - 1:1. İlk yarının sonlarında isə (43-cu dəq) Erlinq Halann "Real"in qapısına təyin edilən penaltı ilə komandasını hesabda irəli çıxarıb - 1:2. Bundan sonra qapılara qol vurulmayıb.
Bununla belə həm qalıb, həm də məqlub komanda yarış cədvəlində ilk səkkizlikdəki yerini qoruyub.
Onu da qeyd edək ki, turun ən çox qol vurulan oyunu isə "Qarabağ" - "Ayaks" (2:4) olub.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Arsenal" - "Brugge" - 3:0;
"Bavariya" - "Sportinq" - 3:1;
PSJ - "Atletik" - 0:0;
"Atlanta" - "Çelsi" - 2:1;
"İnter" - "Liverpul" - 0:1;
"Atletiko" - PSB - 3:2;
"Borussiya " (D) - "Bude-Qlimt" - 2:2;
"Tottenhem" - "Slaviya" (Pr) - 3:0;
"Barselona" - "Ayntraxt" (F) - 2:1;
"Nyukasl Yunayted" - "Bayer" - 2:2;
"Monako" - "Qalatasaray" - 1:0;
"Marsel" - "Yunion" - 3:2;
"Yuventus" - "PAFOS" - 2:0;
"Napoli" - "Benfika" - 0:2;
"Kopenhagen" - "Vilyarreal" - 3:2;
"Olimpiakos" - "Kayrat" - 1:0.
Turnir cədvəlində ilk 8-likdə vəziyyət belədir:
1. "Arsenal" - 18 xal, 2. "Bavariya" - 15 xal, 3. PSJ - 13 xal, 4. "Mançester Siti" - 13 xal, 5. "Atlanta" - 13 xal, 6. "Inter" - 12 xal, 7. "Real" - 12 xal, 8. "Atletiko" - 12 xal.
Yeri gəlmişkən, "Qarabağ" isə 7 xalla 36 komanda arasında 23-cu yerdədir. Reqlamentə gorə, 8 turdan ibarət olan əsas mərhələni ilk 8 yerdə bitirən klublar birbaşa mübarizəni 1/8 finaldan davam etdirəcəklər. 9-24-cu yerlərin sahibləri isə pley-offdan davam edəcəklər.
Bombardirlərin siyahısı hazırda belədir:
1. Kilian Mbappe (Real) - 9 (3), 2. Erlinq Halann (M.Siti) - 6 (1), 3-4. Qabriel Martinelli (Arsenal), Harri Keyn (Bavariya) - hərəyə 4 qol. Daha 4 futbolçu isə hərəyə 4 qolla 5-8-ci yerləri bölüşüb.
Qeyd: Turnirdə 7-ci turun oyunları 2026-vi ilin 20-21 yanvar günlərində keçiriləcək. "Qarabağ " klubu yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" (F) klubunu qəbul edəcək.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.