Tanınmış şair Baba Vəziroğlu kitabxanaya yeni şeir təqdim etdi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, nasir, nəğməkar şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim etdi.
Müəllifin “Bağışladım” şeirində lirik qəhrəmanın sevgisi, duyğuları təsvir olunur. Şeirdə bircə dəfə sevərək, olub-keçənlərə baxmayaraq, dönə-dönə “bağışlayan” aşiqin saf, təmiz məhəbbəti tərənnüm olunur.
Baba Vəziroğlu
Bağışladım
“Olan-oldu keçdi”,– deyib
Səni yenə bağışladım.
Sevdim səni bircə kərə
Dönə-dönə bağışladım.
****
Bağışladım səni yenə,
Bağışladım dönə-dönə.
Tanrı səni verən günə,
Sevən günə bağışladım.
****
Səninlə bir keçdiyimiz
Dilləndi hər cığır, hər iz,
Bir yerdə and içdiyimiz
Aya-günə bağışladım.
****
Doğma, əziz bir küçəyə,
Sənsiz ötən hər gecəyə,
Boynu bükük bir çiçəyə
Solan gülə bağışladım.
****
Bu dünyada onu bil ki,
Sən eşqimin sonu-ilki
Səndən başqa kimim var ki?
Səndən başqa kimim var ki?
Səni sənə bağışladım!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.