Məmməd Əvəzoğlu:
Elə, getsin
Hərdən o dəcəl tellərini yan elə, getsin,
Zülmət gecəni nurun ilə dan elə, getsin,
Hər kəlmənə bir can deyənin qəlbinə dəymə,
Canın verən aşiqlərə can-can elə, getsin.
Kimlər ki görür, əqli başından çıxır əlbət,
Hər gün beləcə bağrımızı qan elə, getsin.
İncitmə, şəfa istəyən hər xəstəni, afət,
Ən incə təbəssümləri ehsan elə, getsin.
Zalım, onu zay eyləmə, səndən nə gedir ki,
Heyranları öz hüsnünə heyran elə, getsin.
Səndən ötəri can verib ölmək də şərəfdir,
Müjganlara qan tökməyi fərman elə, getsin.
Çox istəmirəm, bircə kərə gündə bəsimdir,
Gül ləblərinə Məmmədi mehman elə, getsin.
Məmməd Əvəzoğlu
"Dəli sevdaya düşən qul ürəyim şahlıq edir" qəzəllər kitabımdan.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.