"Ordu" liderliyini möhkəmləndirib
Dünən kişi basketbol klublarının mübarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) sayca 8-ci olan növbəti tura start verilib. Turun start günü iki oyun keçirilib. Hər iki oyun "Sərhədçi" İdman Kompleksində baş tutub. Münasibətləri ayırd etmək üçün əvvəlcə meydana "Neftçi" ilə "Gəncə" çıxıb. Qarşılaşma gəncəlilərin qələbəsi ilə başa çatıb - 73:80. Günün və turun ikinci matçında isə "B" qrupuna vahid liderlik edən "Ordu" ilə "Sərhədçi" üzləşib. Görüş "Ordu"nün böyük hesablı qələbəsi ilə yekunlaşıb - 64:100. Bu qələbədən sonra "Ordu" liderlik movqeyini daha da mohkəmləndirib.
Bu gün isə hesabat turu çərçivəsində "Sərhədçi" İdman Kompleksində daha iki oyun keçiriləcək. Saat 17:00-da "Abşeron Lions" - "NTD Baku", saat 20:00-da isə "Naxçıvan" - "Lənkəran" görüşü olacaq.
Sabah baş tutacaq "Quba" - "Sumqayıt" (Quba Olimpiya İdman Kompleksi, saat 15:00) və "Şəki" - "Sabah" ( Şəki Olimpiya İdman Kompleksi, saat 17:00) oyunu ilə 8-ci tura yekun vurulacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.