"Benfika" Bakıda "Araz-Naxçıvan"dan "Qarabağ"ın açığını çıxdı
Noyabrın 24-də futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Ölkəmizi bu möhtəşəm turnirdə təmsil edən "Araz-Naxcivan" klubu öz meydanında Portuqaliyanın "Benfika"sini qəbul edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyun qonaq komandanın darmadağın hesablı qələbəsi ilə başa çatıb - 0:9 (0:4). Qeyd edək ki, ilk yarıda 4 dəfə qol sevinci yaşayan qonaqlar, fasilədən sonra daha 5 qola seviniblər. Təəssüflər olsun ki, doğma divarlar arasında, doğma publika qarşısında çıxış edən Azərbaycan çempionu qonaq komandanın qapısına bir təsəlli qolu belə vura bilməyib. Bununla da demək olar ki, "Benfika" növbəti mərhələyə adlamaq vəzifəsini Bakıda keçirdiyi ilk oyundaca həll etdi. Çünki, "Araz-Naxçıvan"ın dekabrın 5-də səfərdə keçirəcəyi cavab matçında 10:0 hesabla qalib gələrək revanş edəcəyi mümkünsüzdür.
Deyəsən futzalçılardan ibarət olan bu "Benfika" klubu futbol üzrə UEFA Çempionlar Liqasınin əsas mərhələsində "Qarabağ"ın (3:2) Portuqaliyada məğlub etdiyi digər "Benfika"nin acığını çıxıb (2:3).
Qeyd: Oyunu izləməsəydim, "Araz-Naxçıvan"ın meydana qapıçısız və az heyətlə çıxdığını düşünərdim.
Keçmiş olsun.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.