18 yaşlı voleybolçuların EEVZA çempionatı başa çatıb
18 yaşlı (U-18) oğlan və qızlar arasında voleybol üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı EEVZA (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) çempionatına yekun vurulub.
AVF-dan verilən məlumata görə, oğlanlardan ibarət yığma komandamız sözügedən çempionatın oyunlarını Latviyanın Dauqavpils şəhərində, qızlardan ibarət yığmamız isə analoji oyunları Telavidə (Gürcüstan) keçirib. Hər iki turnirdə 6 komanda 2 qrupda (A və B) mübarizə aparıb. Reqlamentə görə, Avro-2026-ya seçmə xarakterli bu turnirdə qrup oyunları başa çatdıqdan sonra qrup liderləri (A1 və B1) birinci yer uğrunda, qrup ikinciləri (A2 və B2) üçüncü, qrup üçüncüləri (A3 və B3) isə 5-ci yer uğrunda qarşılaşıblar.
Bu səbəbdən də B qrupunda Ukrayna və Estoniya millisi ilə mübarizə aparan və qrup sonuncusu olan Azərbaycan komandası yekunda A qrupunda üçüncü olan Gürcüstan millisi ilə qarşılaşıb və meydanı qələbə ilə tərk edib - 3:0 (25:15, 25:14, 25:19).
Bir məqamı da qeyd edək ki, yığmamızın üzvü (libero) İsmayıl Abbasov turnirin ən yaxşılarından biri seçilərək Təşkilat Komitəsi tərəfindən mükafatlandırılıb.
Qızlardan ibarət yığma komandamız isə Telavidə Polşa və Gürcüstana qarşı oynayaraq A qrupunda ikinci olduğu üçün B qrupunun ikincisi olan Estoniya ilə qarşılaşıb. Görüş estonların qələbəsi ilə bitib - 0:3 (17:25, 17:25, 18:25).
Yeri gəlmişkən, turnirin qalibi Aveo-2026-nin final mərhələsinə vəsiqə qazanıb.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.