Qadın basketbol millimiz Ukraynaya uduzub
Dünən qadın basketbolçular arasında Avro-2027-nin (EUROBSKET-2027) seçmə qrup mərhələsində sayca 3-cü olan növbəti turun oyunlarına start verilib. Turnirin "E" qrupunda yer alan Azərbaycan millisi səfərdə Ukrayna komandasının qonaqi olub. Məlum səbəbdən Ukrayna ev oyunlarını neytral meydanlarda keçirdiyi üçün bu oyun Latviyanın paytaxtı Riqadaki "Rimi" Olimpiya Mərkəzində baş tutub. Görüş ukraynalıların darmadağın hesablı qələbəsi ilə bitib - 98:34 (25:12, 20:8, 30:7, 23:7).
Yeri gəlmişkən, millimiz qrup mərhələsində qalan üç matçını 2026-ci ilin mart ayında keçirəcək. Reqlamentə görə, qruplarda ilk iki yeri tutan və ən yaxşı üçüncü yerin sahibi olan komanda Avro-2027-nin Belçika, Finlandiya, İsveç və Litvada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Hazırda "E" qrupunda vəziyyət belədir:
Komanda O Q M T/F X
1. Ukrayna 3 2 1 +47 5
2. Bolqarıstan 2 2 0 +113 4
3. Montoneqro 2 1 1 +36 3
4. Azərbaycan 3 0 3 -196 3
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.