Dadaş Dadaşbəyli İslamiadada iki gümüşlə ikinci olub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-ci İslamiadada (İslam Həmrəyliyi Oyunları) ağır atletika üzrə yarışlar davam edib. Bu gün körpücük üzərinə iki atletimiz çıxıb ki, bunlardan da biri - Dadaş Dadaşbəyli (110 kq) artıq çıxışını bitirib. AAAF-dan verilən məlumata görə, Dadaşbəyli birdən qaldırmada 180 kq, təkanla isə 211 kq ağırlıqı ram edib. İki hərəkətin cəmində 391 kq nəticə göstərən atletimiz çıxışını İkinci yerdə bitirməklə gümüş medal qazanıb.
Yeri gəlmişkən, Dadaşbəyli birdən qaldırmada da (180 kq) ikinci yeri tutmaqla kiçik gümüş medalla layiq görülüb.
Bu gün daha bir atletimiz - +110 kq çəki dərəcəsində körpücük üzərinə çıxan Əli Şükürov isə çıxışını hələ bitirməyib.
Xatırladaq ki, Dadaşbəylinin gümüşündən sonra yiqmamizin aktivindəki medalların sayı 11-ə (0-5-6) çatıb.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.