Azərbaycanın boks yığması İslamiadanı 6 medalla başa vurub
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən və sayca 6-ci olan İslamiadada (İslam Həmrəyliyi Oyunları) boks yarışlarına yekun vurulub. Bu yarışda iştirak edən Azərbaycan millisi çıxışını 6 (1-3-2) medalla başa vurub.
Qeyd edək ki, final döyüşləri baş tutan son gündə yiqmamizin 4 üzvü həlledici döyüşə çıxıb. Lakin 4 finalçımızdan yalnız biri - 80 kq çəki dərəcəsində rinqə çıxan Səidcəmşid Cəfərov həlledici döyüşünü də qələbəylə bitirərək Oyunların qalibi adını və qızıl medalını qazanıb.
Təəssüflər olsun ki, digər finalçılarımız - Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) isə çempionluq sevincini yaşaya bilməyib. Nəticədə gümüşlə kifayətlənib. Bir məqamı da qeyd edək ki, Qasımzadə zədəli olduğu üçün həlledici final görüşünə cixa bilməyib. Nəticədə onun rəqibi döyüş keçirmədən qızıl medala sahib çıxıb.
Daha iki boksçumuz - Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.