"Qarabağ" evdə "Çelsi"ni qəbul edəcək
Noyabrın 5-də futbol üzrə UEFA Çempionlar Liqasınin əsas mərhələsində 4-cu tura start veriləcək. Turun bizlər üçün ən maraqlı oyunu Azərbaycan çempionu "Qarabağ"la Londonun (İngiltərə) "Çelsi" klubu arasında olacaq. Qeyd edək ki, Qurban Qurbanovun çalışdirdığı "köhlən atlar" "Zadəganlar" klubunu doqma divalar arasında qəbul edəcək. Görüş saat 21:45-də Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sebastyan Qisxamerə onun həmyerliləri olan laysmanlar - Roland Ridel və Santino Şrayner kömək edəcək. Matçın dördüncü hakimi isə Valter Altmann olacaq.
Xatırladaq ki, bu hakimlər briqadası DC-2026-nin seçmə qrup (D) mərhələsində baş tutan Ukrayna - Azərbaycan (2:1) matçını da idarə etmişdir.
Rəqiblərin hazırkı turnir cədvəlinə nəzər yetirsək, hər ikisi 3 turdan sonra 6 xal toplayıb. Yalnız top fərqinə görə "Çelsi" (7-4) 11-ci, "Qarabağ" (6-5) isə 12-ci pillədə qərarlaşıb. Bu oyunun nəticəsi rəqiblərin qonşu mövqeyinə təsir edə bilər.
Bir məqamı da qeyd edək ki, 3 turdan sonra turnirin bombardirləri siyahısına Harri Keyn ("Bavariya") və Kilian Mbappe ("Real") hərəyə 5 qolla şərikli liderlik edir. Daha 3 futbolçu 4, doqquz futbolçu isə 3 qol vurub.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.