"AZERRAİL" Avrokubokda Çempionlar Liqası ilə vidalaşıb
Dünən kişi voleybol klublarının mübarizə apardığı Avrokubok yarışlarında Çempionlar Liqası turnirinin ilkin təsnifat mərhələsində cavab oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "AZERRAİL" klubu Serbiyada yerli "Radnicki"nin qonaqi olub. Görüş bir həftə öncə Bakıda keçirilən ilk oyunda olduğu kimi (0:3) yenə də Serbiya təmsilçisinin qələbəsi ilə bitib - 3:0 (25:23, 25:22, 25:19).
Bununla da Azərbaycan çempionu Çempionlar Liqası ilə erkən vidalaşıb. Qeyd edək ki, bu turnirlə vidalaşan çempionumuz Avrokubokdaki mübarizəsini CEV Kubokunun 1/32 finalından davam etdirəcək. Burada isə "AZERRAİL" klubu "Lyublyan" (Sloveniya) - "Orion Status" (Hollandiya) cütün qalibi ilə qarşılaşacaq.
Yeri gəlmişkən, bu gün kişilərdən ibarət klubların çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 2025/26-ci illər mövsümünün birinci turundan təxirə salınan "Gənclər" - "Xilasedici" görüşü keçiriləcək. Oyun saat 16:00-da FHN-in idman zalında baş tutacaq. Noyabrın 6-da isə 4-cü turunun oyunları keçiriləcək.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.