Sərbəst güləşçilərimiz DÇ-ya bir qızıl və bir gümüş medalla başlayıblar
Kənan Heybətov qızıl, Xetaq Karsanovsa gümüş qazanıb
Serbiyanın Novi Sad şəhərində 23 yaşlı (U-23) gənclər arasında idman güləşi üzrə keçirilən dünya çempionatı artıq finişə yaxınlaşır. Oktyabrın 26-da Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının iki üzvü final görüşünə çıxıb və bununla da U-23 millimiz mundialda medal hesabını açıb. Finalçılarımızdan biri final görüşünü də qələbə ilə bitirərək dünya çempionu olub. Digər finalçımız isə həlledici görüşdə büdrəyərək gümüş medalla kifayətlənib.
Qeyd edək ki, dünya çempionu adını qazanan Kənan Heybətov (70 kq) olub. O, həlledici finalda iranlı güləşçi Sina Xəliliylə qarşılaşıb. Güləşçimiz ilk hissədə hesabda geridə olsa da ikinci hissədə təşəbbüsü ələ almaqla, görüşü 9:4 hesablı qələbə ilə başa vurub və karyerasında ilk dəfə dünya çempionu olub.
Digər finalçımız - Xetaq Karsanovsa (125 kq) Heybətovun uğurunu təkrarlaya bilməyib. O, finalda üzləşdiyi İran təmsilçisi Abolfazi Necada uduzub - 0:11. Bununla da Xetaq Karsanov dünya ikincisi olub.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.