Güləşçimiz Ziya Babaşov dünya çempionatının finalında
Dünən Serbiyanın Novi Sad şəhərində 23 yaşlı (U-23) Gənclər arasında idman güləşi üzrə dünya çempionatına klassiklərin çıxışı ilə start verilib. AGF-dən verilən məlumata görə, mundialın ilk günü Azərbaycan yığmasının 4 üzvü mübarizəyə qatılıb. Təmsilçilərimizdən biri - Ziya Babaşov (63 kq) daha inamla guləşərək adını finala yazdırıb. O, finala gedən yolda müvafiq ardıcıllıqla Yaponiya, İran, Rusiya və Türkiyə təmsilçisini mübarizədən kənarlaşdırıb. Babaşov bu gün keçiriləcək finalda Moldova təmsilçisi Vitali Yeryamenko ilə qarşılaşacaq.
Dördlüyümüzdən daha biri - 87 kq çəkidə güləşən Laçın Vəliyev isə bu mübarizəni təsəlliverici görüşlərlə davam etdirəcək. Qeyd edək ki, Laçın, onu təsnifat mərhələsində məqlub edən iranlı Qulamrza Faruxisensan finala yüksəldiyi üçün bu imkanı qazanıb.
Təəssüflər olsun ki, daha iki güləşçimiz - Davud Məmmədovla (77 kq) Ayxan Muradov (130 kq) isə mübarizəni erkən dayandırıb.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.