Millimiz Dünya Seriyasının son mərhələsində bir dəst medal qazanıb
İki güləşçimiz - İbrahim Yusubovla Vüsal Əliyev dünya çempionu olub
Misirin İsgəndəriyyə şəhərində cimərlik güləşi üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Dünya Seriyasının sayca 5-ci olan son mərhələ yarısı başa çatıb. AGF-dən verilən məlumata görə, baş məşqçi Oyan Nəzərianının rəhbərliyi altında son mərhələ yarışına üç təmsilçimiz qatılıb ki, onların da hamısı inamla guləşərək medalcilar sırasında yer alıb. Medallardan biri qızıl, biri gümüş, birisə bürünc əyarlı olub. Beləliklə, millimiz Dünya Seriyasının son mərhələsini bir dəst (1-1-1) medalla başa vurub.
Qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran İbrahim Yusubovun (90 kq), gümüş yalnız həlledici finalda büdrəyən Vüsal Əliyevin (80 kq), bürünc isə Əliyevlə eyni çəkidə güləsən və yarımfinalda məhz ona uduzan Sahib Dadaşovun aktivinə yazılıb.
Reqlamentə əsasən beş mərhələ başa çatandan sonra güləşçilərin bütün mərhələlərdə topladığı xallar hesablanıb və bunla da hər çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.
Son nəticədə millimizin iki üzvü - İbrahim Yusubov (90 kq) və Vüsal Əliyev (80 kq) dünya çempionu adını qazanıb. Yeri gəlmişkən, bu İbrahimin dördüncü dünya çempionluğu olub.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.