Triatlonçuların ölkə çempionatı keçirilib
Oktyabrın 11-də Pirallahıdakı Nərəkənd parkında müxtəlif yaş qruplarından (uşaqlar, kişilər və qadınlar) olan atletlər arasında triatlon üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Triatlon Federasiyasından verilən məlumata görə, qurumun Gənclər İdman Nazirliyi ilə birgə təşkil etdiyi bu yarışda müxtəlif yaş qruplarından (uşaqlar və böyüklər) olan 100-dən çox atlet iştirak edib.
Yarışların proqramına əsasən uşaqlar 375 metr məsafəyə üzmək, 8 km velosiped sürmək və 2 km qaçmaqda özlərini sınayıblar.
Böyüklər (kişi və qadınlar) isə Xəzər sularında 750 m üzməklə, 20 km velosiped sürməklə və 5 km məsafəni qaçmaqla bacarıqlarının nümayiş etdiriblər.
Kişilərin yarışında ilk üç yeri müvafiq ardıcıllıqla Əli Rzazadə, Tamerlan Musayev və Tural Atakişiyev tutub. Qadınların yarışında isə Leyla Abdullayeva və Klara Marecova fərqlənib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.