Yeniyetmə cüdoçularımız dünya çempionatında
Bu gün Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatına start veriləcək. Çempionatda Azərbaycan da daxil olmaqla, 65 ölkəni təmsil edən 463 (245 oqlan və 218 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq. Bu möhtəşəm yarışda ölkəmizin idman şərəfini ikisi zərif cinsdən olmaqla, 8 cüdoçu qoruyacaq. Heyətdə qızlardan Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kq) cütlüyü, oğlanlardan isə Fərid Qarayev, Nihad Məmişov (hər ikisi 60 kq), Nizami İmranov, Məhəmməd Musayev ( hər ikisi 66 kq), Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) yer alib.
Mundialın ilk üç günü fərdi yarışlar, son gündə isə qarışıq komanda yarışı keçiriləcək.
Yarışın proqramına əsasən görüşlər hər gün saat 16:30-da, medal uğrunda görüşlər isə gecə saat 03:00-da başlanacaq.
Görüşləri canlı olaraq Judo TV.com-da canlı izləmək olar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.