Boksçumuz Səidcəmşid Cəfərov da DÇ-nin yarımfinalına yüksəlib
Sentyabrın 4-də İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında startı verilən və heyəti 11 boksçudan ibarət olan Azərbaycan millisinin də qatıldığı dünya çempionatı davam edir. Dünən çempionatda iki Azərbaycan boksçusunun da iştirak etdiyi 1/4 final mərhələsinə yekun vurulub. Qeyd edək ki, bu mərhələdə iştirak edən hər iki boksçumuz döyüşünü qələbə ilə başa vuraraq mundialın yarımfinal mərhələsinə yüksəlib. Xəbər verdiyimiz kimi, dünən günün birinci yarısında dünya çempionumuz Alfonso Domunqes (90 kq), günün gecə saatlarında isə Səidcəmşid Cəfərov (75 kq) eyni uqura imza atıb. Cəfərov yarımfinala çıxışda ukraynalı Pavlo İlliyişa ilə döyüşdən qalıb ayrılıb - 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28). Cəfərov da yarımfinala çıxmaqla dünya çempionatının bürünc medalını özünə təmin edib.
O, sentyabrın 12-də Özbəkistan təmsilçisi Fazliddin Erkinbayevə qarşı yarımfinal döyüşünə çıxacaq. Həmin gün Dominqes isə braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq.
Mundiala sentyabrın 14-də həlledici final görüşləri ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.