Kriştianu Ronaldo tarix yazmaqda davam edir
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə qrup mərhələsində keçirilən növbəti tur "F" qrupunda yer alan və səfərdə Macarıstanın qonağı olan Portuqaliya millisinin veteran forvardi Kriştianu Ronaldo üçün əlamətdar olub. Belə ki, səfərdə ev sahibini 2:3 hesabla məqlub edən Portuqaliya millisinin vurduğu qollardan biri məhz Ronaldonun aktivinə yazılıb. Bu isə onun yığmaların tarixində vurduğu 39-cu qol olub. Ronaldo bu göstərici ilə Qvatemala millisi in forvardi Markiz Ruisi qabaqlamaqla yeni rekorda imza atıb.
Xatırladaq ki, ilk turda Ermənistanı səfərdə (İrəvanda) 5:0 hesabla darmadağın edən Portuqaliya 2 oyundan 6 xal toplamaqla yer aldığı "F" qrupunun Vahid lideri olub.
"F" qrupunda baş tutan digər oyunda isə Ermənistan evdə İrlandiyanı minimal hesabla udub - 2:1.
"F" qrupunda iki turdan sonra vəziyyət belədir:
1. Portuqaliya - 6 xal, 2. Ermənistan - 3, 3. Macarıstan - 1, 4. İrlandiya - 1.
Seçmələrin "K" qrupunda da gözlənilməz nəticə qeydə alınıb . Bu qrupda 5-ci tur çərçivəsində keçirilən oyunlardan birində İngiltərə millisi səfərdə Serbiyanı darmadağın edib - 0:5. Bununla da britaniyalılar 15 mümkün xalın hamısını toplayaraq, qrupda liderlik mövqeyini daha da möhkəmləndirib.
Qrupda baş tutan digər oyunda isə Albaniya millisi evdə Latviyanı üstələyib - 1:0.
Hazırda "K" qrupunda vəziyyət belədir:
1. İngiltərə - 15 xal, 2. Albaniya - 8, 3. Serbiya - 7, 4. Latviya - 4, 5. Andorra - 0.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.