Azərbaycan güləşçiləri Universiadanin ilk günü 4 medal qazanıblar
Qırğızıstanın Colpan-Ata şəhərində 17-25 yaşlı tələbələr arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Türkdilli Dövlətlərin Universiadasi davam edir. Qeyd edək ki, Universiadanin proqramına daxil edilən güləş yarışının ilk günü yığma komandamız üçün uğurlu olub. AGF-dən verilən məlumata görə, döşək üzərinə çıxan 6 güləşçimizin dördü inamla guləşərək mükafatçılar sırasında yer alıb. Medallardan üçü (1-1-1) yunan-Romaçıların payına düşüb. Bütün görüşlərini qələbə ilə başa vuran Vədat Qasımlı (60 kq) qızıl, yalnız həlledici finalda büdrəyən Əli Quliyev (97 kq) gümüş, öz çəkisində üçüncü yeri tutan Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşçilərimizdən isə yalnız Ramik Heydətov (74 kq) üçüncü yeri tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.