Taekvondo millimiz "Swviss Open-2025"də 6 medalla birinci olub
İsveçrənin Sandt-Qallen şəhərində böyüklər )kişi və qadınlar) arasında taekvondo üzrə keçirilən və Azərbaycan təmsilçilərinin iştirak etdiyi "Swiss Open-2025" beynəlxalq turnir başa çatıb. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, millimiz turniri üçü qızıl, biri gümüş və ikisi bürünc əyarlı olmaqla 6 (3-1-2) medalla başa vurub. Bu nəticə isə Azərbaycan komandasına medal sıralamasında və komanda hesabında birinci yeri tutmaq imkanı verib. Qeyd edək ki, komanda hesabında birinci olan Azərbaycan millisini Dünya Taekvondo Federasiyasının prezidenti Dr. Cunqvon Cu turnirin Kuboku ilə təltif edib.
Qazanılan medallara gəlincə, qızı medallar bütün döyüşlərini qələbə ilə başa vuran Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərovanin (46 kq) aktıvinə yazılıb. Yeri gəlmişkən çempion adını qazanan Bəhruz Quluzadə həm də turnirin ən yaxşı döyüşçüsu adına layiq görülüb. Yeganə gümüş medal yalnız həlledici finalda büdrəyən Eltac Qafarovun (87 kq), bürünclərsə çıxışını üçüncü yerdə bitirən Qasım Maqomedov (63 kq) və Səmərrux Osmanovanın (49 kq) payına düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.