3x3 qadın basketbol millimiz Avropa Kubokunda
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə qadınlar arasında 3x3 basketbolu üzrə Avropa Kubokuna start veriləcək. ABF-dən verilən məlumata görə, Azərbaycan millisi bu turnirin B qrupunda Fransa və Ukrayna komandası ilə qarşılaşacaq.
Millimiz əvvəlcə Fransa (13:55), sonra isə Ukrayna (30:25) ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, oyunları FziBA 3x3 YouTube kanalında canlı izləmək olar.
Millimizin heyətində Erika Kartier, Aleksandra Mollenxauer, Brianna Freyzer və Dina Ulyanova yer alıb.
Xatırladaq ki, millimizi qarşıda daha bir turnir gözləyir. Söhbət Dünya Qadın Seriyasının 2025-ci il mövsümünün final mərhələsindən gedir. Turnir 13-14 sentyabr günlərində Çinin Şamxay şəhərində keçiriləcək. Reqlamentə görə, turnirdə yalnız mövsümün yarış cədvəlində ilk 7 yeri tutan komandalar və ev sahibi Çin mübarizə aparacaq.
Millimiz mövsüm ərzində topladığı 295 xalla yeddinci yeri tutduğu üçün sözügedən turnirdə iştirak edəcək. Rəqiblər isə Hollandiya (590 xal), İspaniya (420), "Rapid Buxarest" (420, Rumıniya), Latviya (343), Kanada (330), "Ulan-Baatar" (320, Monqolustan) olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.