Yeniyetmə cüdoçumuz Zeyd Ələsgərov dünya çempionatında bürünc medal qazanıb
Avqustun 27-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında startı verilən və Azərbaycan təmsilçilərinin də qatıldığı dünya çempionatı davam edir. Qeyd edək ki, çempionatın birinci günü olduğu kimi ikinci günü də Azərbaycan yığmasının aktivinə bir bürünc medal yazılıb. Bu dəfə isə 60 kq çəkidə tatamiyə çıxan cüdoçumuz Zeyd Ələsgərov fərqlənib. İlk iki görüşdə ardıcıl olaraq Yunanıstan və Braziliya təmsilçisini məqlub edərək 1/4 finala yüksələn cüdoçumuz bu mərhələdə qazaxıstanlı rəqibi ilə bacarmayıb. Nəticədə bürünc medal uğrunda təsəlliverici görüşlərə başlayıb.
Əvvəlcə macarıstanlı Batond Kunyikini, sonra isə yaponiyalı Toai Haşımanı məğlub edən Zeyd Ələsgərov bu çəkidə dünya üçüncüsü olub.
Xatırladaq ki, çempionatın start günü isə cüdoçumuz Anar Quliyev (50 kq) eyni uğura imza atıb.
Bununla da ilk iki gündən sonra Azərbaycan prezidenti aktivində iki bürünc medal olub.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.