"Ulduz Cup-2025"-in qalibi "Neftçi" PFK olub
Avqustun 25-də Quba Olimpiya İdman Kompleksində 7 ölkəni (Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Qətər) təmsil 12 klubun iştirakı ilə 12 yaşlı futbolçular arasında startı verilən və sayca ikinci olan ənənəvi"Ulduz Cup-2025" beynəlxalq turnirə 28 avqust günü baş tutan həlledici final oyunu ilə yekun vurulub.
Qeyd edək ki, "Nefti" PFK, "Qarabağ", "Sabah", "Ulduz" Futbol Akademiyası (hamısı Azərbaycan), "Dinamo Tbilisi" (Gürcüstan), "Trabzonspor məktəbi", "İstanbul Başakşeher" (hər ikisi Türkiyə), "Paxtakor", "Bunyordkor" (hər ikisi Özbəkistan), "Sduşorsi" (Qırğızıstan), "Şaxtyor Qaraqanda" (Qazaxıstan) və "Asprie Akademiyası" (Qətər) klubunun mübarizə apardığı turnirin qalibi adını "Neftçi" PFK qazanıb. Cempion həlledici finalda "Paxtakor"la qarşılaşıb. Əsas hissədə qalıb aşkar edilmədiyindən (1:1) qapılara penaltilər vurulub. Burada zərbələri "Neftçi" daha dəqiq vurub - 4:3.
Turnirdə üçüncü yeri "Sabah"la oyunda üstün olan "Dinamo Tbilisi" tutub. Əsas hissə sülh şəraitində bitdiyi (1:1) üçün qalıb penaltilər seriyasından sonra bəlli olub. Gürcüstan futbolçuları zərbələri daha dəqiq yerinə yetiriblər - 3:2.
5-6-ci yerlər uğrunda görüş:
"Ulduz" FA - "İstanbul Başakşeher" - 4:0;
7-8-ci yerlər uğrunda görüş:
"Trabzonspor məktəbi " - "Bunyordkor " - 1:0;
9-12-ci yerlər uğrunda görüşlər:
"Qarabağ" - "Şaxtyor Qaraqanda" - 2:1;
"Sduşorsi" - "Asprie Akademiyası" - 1:2.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.