Turan Daşdəmirov dünya çempionatında ikinci yeri tutub
Bolqarıstanın Samokov şəhərində 20 yaşlı güləşçilər (U-20) arasında keçirilən dünya çempionatı artıq finişə yaxınlaşıb. Qeyd edək ki, mundialın 23 avqusta təsadüf edən 7-ci günü Azərbaycan yığması aktivinə biri gümüş, digəri bürünc əyarlı olmaqla daha iki medal yazdırıb. Gümüş medal yalnız həlledici finalda iranlı rəqibi Payam Balutakiylə uduzaraq çıxışını ikinci yerdə başa vuran Turan Daşdəmirovun (55 kq) payına düşüb.
Günün bürünc medalını isə 67 kq-da çıxış edən Fəraim Mustafayev qazanıb. Bununla da Azərbaycan komandasının aktivindəki medalların sayı 8-ə (1-2-5) çatıb.
Yeri gəlmişkən, mundialın 7-ci günü döşək üzərinə çıxan 4 yunan-Romaçımızdan isə ikisinin - Orxan Hacıyevlə (87 kq) Məzaim Mərdanovun (130 kq) sabah bürünc medal qazanmaq şansı var. Hər iki güləşçimiz avqustun 24-də təsəlliverici görüşlərə qatılacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.