Günay Qurbanova dünya üçüncüsü olub
Bolqarıstanın Samokov şəhərində 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi dünya çempionatı davam edir. Çempionatın dördüncü günü yiqmamizin aktivinə daha bir bürünc medal əlavə edilib və bununla da Azərbaycan komandası ilk 4 gündə hamısı bürünc əyarlı olmaqla, dörd medal qazanıb. Sonuncu bürünc xanım güləşçimiz Günay Qurbanovanın (59 kq) payına düşüb. Qeyd edək ki, dünən mübarizəyə qatılan Günay bu gün bürünc medal uğrunda kiçik final görüşündə kanadalı Ella Findinqlə qarşılaşıb. Elə görüşün birinci hissəsində 4:1 hesablı üstünlüyə yiyələnən Günay rəqibini məğlub edərək dünya üçüncüsü olub və bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.