Daha bir snayperimiz AÇ-da fərqlənib
Fransanın Şatroru şəhərində stend və güllə atıcılığı üzrə keçirilən və Azərbaycan snayperlərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Çempionatda daha bir təmsilçimiz dəqiq atışları ilə mükafatçılar sırasında yer alıb. Bu dəfə isə standart tapançadan 25 metr məsafəyə atəş açan Xanna Əliyeva fərqlənib. Qeyd edək ki, 560 xal toplayan snayperimiz yalnız macarıstanlı iki idmançıdan geri qalmaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.
Xatırladaq ki, AÇ-nin əvvəlki günlərində isə dairəvi stend atıcılığı üzrə qarışıq qoşa yarışda Niyaz Ağazadə və Riqina Meftahəddinova cütlüyü uğurla çıxış edərək bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.