Oğlanlardan ibarət U-16 basketbol yığmamız AÇ-da
İyulun 5-də Albaniyanın Şkoder şəhərində 16 yaşlı oğlanlar arasında startı verilən basketbol üzrə Avropa çempionatının C divizionunda mübarizə davam edir. Çempionatın B qrupunda yer alan Azərbaycan yığması ikinci matçını Andorraya qarşı keçirib. Qeyd edək ki, startda San-Marino (105:60) komandasını məğlub U-16 millimiz Andorra ilə oyunda meydanı məyus durumda tərk edib - 42:52.
Bu gün yiqmamiz üçüncü tur çərçivəsində Lüksemburq ilə (saat 19 : 00-da) üzləşəcək. Sabah isə millimiz saat 23:30-da Giblatar ilə qarşılaşacaq və bununla da qrup oyunları başa çatacaq.
Yeri gəlmişkən, Litvada analoji yarışda mübarizə aparan U-18 qızlar komandamız isə qrupda son tur (5-ci tur) çərçivəsində Kosovo ilə oyna çıxacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.