Üç final, üç məğlubiyyət
Dünən Şımali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı gənclər arasında idman güləşi üzrə Avropa çempionatına start verilib. Yunan-Romaçıların çıxışı ilə başlayan çempionatın ilk günündə Azərbaycan komandasınin beş üzvü döşək üzərinə çıxaraq medallar uğrunda mübarizəyə başlayıb. Beşlliyimizdən üçü - Turan Daşdəmirov (55 kq), Tural Əhmədov (63 kq) və Davud Məmmədov (77 kq) finala yüksələrək çempionluq uğrunda güləşmək imkanı əldə edib. Təəssüflər olsun ki, hər üç finalcimiz həlledici görüşdə məqlubiyyətlə üzləşərək ikinci yeri tutub və gümüş medalla kifayətlənib. Çempionatın ikinci günü daha beş təmsilçimiz mübarizəyə qatılıb. Onlardan isə dördü yarımfinala yüksəlib. Di gəl ki, bu dördlüyümuzdən yalnız biri - Ayxan Cavadov (60 kq) finala yüksələ bilib. Qalan üç yarımfinalcimiz - Fərahim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq) və Elmin Əliyevsə (82 kq) finala çıxışda büdrəyib. Bu adı çəkilən triomuz sabah bürünc medal uğrunda görüşə çıxacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.