23 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi

“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Mədəniyyət
MEDIA DƏSTƏYİMİZ Mədəniyyət

İstanbulda yeni nəşr olunmuş “Peyğəmbər” romanının təqdimatı keçirildi

2 il əvvəl 608 01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış yazıçı, publisist və jurnalist Mircəfər Seyidovun İstanbulda türk dilində nəşr olunmuş “Peyğəmbər” romanının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, AJB-nin üzvü Lətifə Məmmədova açaraq qonaqları və tədbir iştirakçılarını salamladı, böyük Qələbə, tarixi Zəfər münasibəti təbrik etdi. Daha sonra Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra M.Seyidovun həyat və yaradıcılığı haqqında məlumat verildi. Qeyd olundu ki, M.Seyidov idman jurnalisti kimi də çalışıb. O, XX əsrin 80-ci illərində Şuşada keçirilən Xarıbülbül Musiqi Festivalında və Vaqif Poeziya Günlərində jurnalist kimi iştirak edib. Cəsur döyüşçü kimi ermənilərlə döyüşərək özünümüdafiə batalyonunu yaradıb. Mircəfər Seyidovun “Peyğəmbər” romanı həm kitabxanaçılar, həm də oxucular tərəfindən böyük maraqla qarşılanıb. Roman Məhəmməd Peyğəmbərin həyatı və Peyğəmbərlik dövrünü bədii formada əks etdirir.

Hilanə Babayeva öz çıxışında qeyd etdi ki, tədbirimiz çox gözəl və İlahi günə təsadüf edir. Allahın Rəsulu Həzrəti Peyğəmbərin qızı xanım Fatimeyi Zəhranın bu yaxınlarda şəhadəti günü oldu. Əsəri oxuduqca, baş verən əhvalatları çox həyəcanla qarşılayırsan. Əsərdə təsvir olunur ki, Peyğəmbərin əmisi düz yolda olmadığı üçün Allahın ona qəzəbi tutur, onun barəsində “Təbbət” surəsi nazil olur. İlk vəhyi aldığında boynuna düşən məsuliyyətin ağırlığını düşünərək narahatlığını dilə gətirdikdə xanımı Həzrəti Xədicə onu ruhlandırıb deyir: “Sən Allahın Rəsulusan, əsla narahat olma, Allah səni əsla utandırmayacaq, sənin vəzifən Allahın sözünü onlara çatdırmaqdır”. Burada Həzrəti Peyğəmbər Həzrəti Xədicə kimi həmdəmi, sirdaşı olduğu üçün Allaha şükürlər edir. Romanda biz Peyğəmbərin cahiliyyət dövründə qadına, xanımına dəyər verdiyinin şahidi oluruq.

Afət Ağayeva öz çıxışında bildirdi ki, Həzrəti Peyğəmbərin həyatı bizim üçün böyük nümunədir. Romandakı hadisələrdə haqq-ədalət, insanları pis əməllərdən, günahlardan çəkindirmək kimi əhəmiyyətli olan insanı dəyərlər aşılanır. Əsərin maraqlı anlarından biri də odur ki, azğınlaşmış bütpərəstlər insanların Allaha yaxın olmasının, dinin yayılmasının qarşısını almağın yeganə yolunu Həzrəti Məhəmmədi məhv etməkdə görürlər. Ona sui-qəsd etmək istəyirlər. Ümumiyyətlə romanda islam dininin yaranmasında çoxlu itkilərin olduğunu, lakin buna baxmayaraq insanların Allaha daha möhkəm bağlandığını görürük. Romanın sonunda Həzrəti Peyğəmbərin ikinci vətəni olan Mədinəyə köçdüyünü və bu şəhəri islam dininin mərkəzinə çevirdiyinin şahidi oluruq.
Oxucu Bağıyət Tağıyeva qeyd etdi ki, bəşəriyyəti yaradan Allah onu sahibsiz yaratmayıb. Bu dünyada əməl və davranışları ilə insanlara nümunə olan, haqq və həqiqətləri insanlara öyrədən peyğəmbərləri və onlarla birlikdə İlahi dəvətləri göndərib. Son Peyğəmbər olan Allahın elçisi Həzrəti Məhəmmədin həyatı bizim üçün böyük nümunədir. Bu gün hər birimiz Peyğəmbərin həyatını öyrənməyə, onun yüksək əxlaqını örnək götürüb yaşamağa çalışmalıyıq. B.Tağıyeva yazıçıya yaradıcılıq uğurları arzulayaraq qeyd etdi ki, bu əsər müasir dövrdə gənclərimiz üçün çox əhəmiyyətlidir, bütün uşaqlar, böyüklər hər gün Qurani-Kərimi oxuyub, insani, ədəb və əxlaqi keyfiyyətləri öyrənməlidirlər. Quran bizim stolüstü kitabımız olmalıdır.

Yeganə Qafarova yazıçı M.Seyidovu yenicə Türkiyədə tərcümə və nəşr olunmuş “Peyğəmbər” romanının işıq üzü görməsi münasibəti ilə təbrik etdi. O, Mircəfər Seyidovun “Qəfil oyanış” kitabı ilə tədbir iştirakçılarını tanış etdi. Və qeyd etdi ki, povest və etüdlərdən ibarət olan bu kitabda islam dini haqqında məlumatlar sadə dildə oxuculara təqdim olunub. Əsərin qəhrəmanı Şirinin dini-fəlsəfi görüşləri, vətən, cəmiyyət barədə fikirləri, yaradıcılıq düşüncələri çox maraqlı və əhəmiyyətlidir. Müəllifin bu əsərində narkomaniya, Qarabağ münaqişəsi və həyatımızda baş verən digər problemlərə toxunulub. Kitabda yazıçımız Mircəfər müəllim gəncləri, ziyalıları, tanıdığı və tanımadığı hər kəsi, bütün insanları Allahı tanımağa, “Siratəl müstəqim” yoluna dəvət edir.

Tanınmış yazıçı, publisist, Q.R.Derjavin ordeninin mükafatçısı Nüşabə Məmmədli vurğuladı ki, bu gün Mircəfər müəllimin günüdür. Mən gənc yazıçı olanda M.Seyidov mənim əsərlərimi Bərdə şəhərində çıxan yerli qəzetdə çap etdirdi. Mircəfər müəllimin çox güclü qələmi var. Peyğəmbərdən hər yazıçı yaza bilməz, onun boynuna biçilib bu əsəri yazmaq. İman Mircəfər müəllimin boyunda, taleyində, ömründə, həyatında cilalanıb.

Şair Nafilə Abuzərli qeyd etdi ki, kitabxanada bu cür dəyərli əsərlərin təbliğ edilməsi təqdirə layiqdir. Belə kitabların yazılması çox gözəldir. Çox sevinirəm və təşəkkür edirəm ki, Mircəfər müəllim belə əsər yazıb, xalq onu yaşadacaq, bu əsər tarixi əsərlər sırasına daxil olunacaq.

Yazıçı Mənzər Niyarlı Mircəfər Seyidova yaradıcılıq uğurları arzuladı, "Peyğəmbər” romanının Azərbaycan dilində ikinci nəşrinin hazırlanmasının zəruri olduğunu bildirdi. Mən Mircəfər müəllimə uzun ömür arzulayıram, həmişə yazıb yaratsın.

Nigar Seyidova yazıçı Mircəfər Seyidovu təbrik edərək “Vağzalı” şeirindən bir parça oxudu.
Tədbirin sonunda yazıçı Mircəfər Seyidov tədbir iştirakçılarına minnətdarlığını bildirdi və gələcək yaradıcılıq planlarından danışdı.
Yazıçı və jurnalist M.Seyidova M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu statusu verildi və o, Fəxri fərmanla təltif olundu.
Təqdimatda yazıçı və jurnalist Mircəfər Seyidovun yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.Tədbirin bədii hissəsində Beynəlxalq müsabiqələr laureatı, xanəndə Maya Cəbrayılova “Qaragilə”, “Sarı gəlin”, “Şuşanın dağları” mahnılarını və bir neçə muğam ifa etdi. 167 №-li tam orta məktəbin şagirdləri Nuray Rzaquluzadə, Dəniz Vəliyeva, Fatimə Məmmədova, Teymur Həsən, Əli Hüseynov, Dəniz İsgəndərli, Əli Məmmədzadə, Fərhad Ağayev, Camal Həsənov “Qələbəsiz dönmərəm” və “Ey Vətən” mahnılarını ifa etdilər. Bədii rəhbər məktəbinm musiqi müəllimi Aynurə Quliyevadır.
Oxucu Umleyla Rzazadə “Adı gözəl, özü gözəl Məhəmməd” şeirini səsləndirdi.  Yazıçı Mircəfər Seyidov şəxsi kitabxanasından M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına çoxlu sayda kitablar hədiyyə etdi.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

Bakıda Hindistanın Səfirliyi Beynəlxalq Yoqa Günü 2026-nı “Sağlam Yaşlanma üçün Yoqa” mövzusu ilə qeyd etdi +FOTOLAR

John Doe 12 saat əvvəl

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

“Xəzərin dalğaları 2026” Beynəlxalq Akvarel Festivalı +FOTO=29

John Doe 5 gün əvvəl

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib +FOTOLAR

John Doe 6 gün əvvəl

"Ata və Babalarımızın Sərgisi" uğurla baş tutdu +FOTO=57

"Ata və Babalarımızın Sərgisi" uğurla baş tutdu +FOTO=57

John Doe 6 gün əvvəl

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım

Aşıq Kərəm İncəlinin irsinin qorunması istiqamətində mühüm addım

John Doe 1 həftə əvvəl

Hindistanın səfiri xüsusi tədbirdə iştirak edib +VİDEO

Hindistanın səfiri xüsusi tədbirdə iştirak edib +VİDEO

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Türkmənistan prezidentləri...

23 iyun 2026 00:46:44
• Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub}

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub

23 iyun 2026 00:37:06
• “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi }

“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasi...

23 iyun 2026 00:31:53
• İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib}

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupu...

18 iyun 2026 15:57:58
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com