Olimpiya çempionu Zelim Kotsayev tatamiyə çıxacaq
Macarıstanın paytaxtı Budapeştdə böyüklər (kişi və qadınlar) arasında keçirilən və Azərbaycan cüdoçuların da qatıldığı dünya çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən altıncı günü daha bir təmsilçimiz tatamiyə çıxaraq, medallar uğrunda yarışacaq. Söhbət Olimpiya, dünya və Avropa çempionu adını daşıyan və Azərbaycan yığmasının liderlərindən biri olan Zelim Kotsayevdən (100 kq) gedir. Təsnifat mərhələsindən azad olan çempionumuz öz çempionluq titulunu qorumaq üçün mübarizəyə 1/16 finaldan başlayacaq. Mundialda görüşlər saat 13:30-dan başlayacaq.
Xatırladaq ki, mundiala dördü qadın olmaqla 13 cüdoçu ilə qatılan Azərbaycan yığmasının 11 üzvü artıq çıxışını başa vurub. Onlardan yalnız ikisi - Zelim Tckayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.
Sabah mundialda fərdi çıxışlara yekun vurulub. DC-2025-ə iyunun 20-də qarışıq komanda yarışı ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.