Yeniyetmə avarçəkənlərimiz Qazaxıstan reqatasında 14 medal qazanıb
Təmsilçimiz İvan Vorobjansk 5 medalla fərqlənib
Qazaxıstanın Uralsk şəhərində yeniyetmələr arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş avarçəkmə üzrə reqata təşkil edilib. Turnirdə iştirak edən Azərbaycan komandası böyük uğura imza atıb. Milli Avarçəkmə Federasiyasından verilən məlumata görə, kayak və kanoe üzrə yarışlarda iştirak edən təmsilçilərimiz 3-ü qızıl, 6-si gümüş və 5-i bürünc əyarlı olmaqla üst-üstə 14 medal qazanıblar.
İdmançılarımız arasında ən yaxşı nəticəni isə İvan Vorobjansk göstərib. Əvvəlcə bir nəfərlik kayaq qayıqla 200 və 500 metr məsafədə birinci olan İvan daha sonra isə Vaqib Babayevlə təşkil etdiyi duetlə də finişə birinci çatıb. O,
Rusiya idmançısı ilə iki nəfərlik kayakla finişə üçüncü catmaqla bürünc medal qazanıb (500 metr məsafədə). İvan Hüseyn Həsənovla iki nəfərlik kayakla isə finişə ikinci catmaqla gümüş medal qazanıb.
Bununla da 14 medaldan besinde İvan böyük pay sahibi olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.