Bakı Musiqi Akademiyasında İohan Ştrausun 200 illiyinə həsr olunmuş konsert-konfrans keçirildi
30 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında dahi bəstəkar İohan Ştrausun anadan olmasının 200 illiyinə həsr olunmuş konsert-konfrans baş tutdu.
BMA-nın “Musiqi Nəzəriyyəsi” kafedrasının təşəbbüsü ilə təşkil olunmuş tədbirin təşkilatçısı – sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovadır.
Tədbirin proqramına BMA-nın “Tarix-Nəzəriyyə” fakültəsinin tələbələri - Jalə Quliyeva, Aygün Yusibova, Fatimə Nurməmmədli, Gültəkin Behbudlunun elmi çıxışları və tanınmış ifaçıların təqdimatında İ.Ştrausun əsərlərinin səsləndirilməsi daxil idi. Konsert-konfrans tələbələrin həm musiqişünaslıq biliklərini, həm də sənətə olan sevgilərini nümayiş etdirmək baxımından önəmli bir platforma oldu.
Proqram çərçivəsində tələbələrin çıxışları ilə yanaşı, tanınmış ifaçıların ifasında İ.Ştrausun sevilən əsərləri təqdim olundu.
Konsertdə iştirak edən ifaçılar:
dosent Tofiyə Cavadova, baş müəllim Lalə Atakişiyeva, l kurs magistr tələbəsi Heydər Həyatov, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nəriman Mənsimov, ll kurs magiatr tələbəsi Məryəm Məmmədova, ll kurs tələbəsi Aytac Əlizadə, Respublika və Beynəlxalq müsabiqələr laureatı Qədir Günəşov.
Konsert-konfrans İohan Ştraus yaradıcılığına həsr olunmuş maraqlı müzakirələrlə, zəngin musiqi proqramı ilə yadda qaldı və tələbələrin həm nəzəri, həm də praktik biliklərini tətbiq etmələrinə imkan yaratdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.