13 oktyabr 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Tramp "Nil" ordenini alacaq

Tramp "Nil" ordenini alacaq

Qurucu və xilaskar dövlət xadimi

Qurucu və xilaskar dövlət xadimi

Azərbaycanın artan nüfuz və güclənən mövqeyinin təsdiqi

Azərbaycanın artan nüfuz və güclənən mövqeyinin təsdiqi

Milli anım və qürur günü

Milli anım və qürur günü

Masallıda məktəblilərlə maarifləndirici görüşlər keçirilib

Masallıda məktəblilərlə maarifləndirici görüşlər keçirilib

“İnsan alveri cinayətlərinin təhlili” - Masallıda dəyirmi masa

“İnsan alveri cinayətlərinin təhlili” - Masallıda dəyirmi masa

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Masallıda Milli Qəhrəmanın xatirəsi anılıb

Masallıda Milli Qəhrəmanın xatirəsi anılıb

Cəbrayıl - Zəfərin ilk şəhəri

Cəbrayıl - Zəfərin ilk şəhəri

Masallıda şəhid Ətrafil Məmmədovun xatirəsi anılıb

Masallıda şəhid Ətrafil Məmmədovun xatirəsi anılıb

Masallıda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Masallıda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Mədəniyyət
Mədəniyyət

Balaca tədqiqatçılarımız

4 ay əvvəl 241 01

Balaca tədqiqatçılarımız

Bakı, 12 may 2025-ci il, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalı. Budur, burada BMA-nın İxtisas musiqi məktəb-studiyasının şagirdləri yığışmışlar. Zalda müəllim və şagirdlər arasında müzakirələr gedir. Uşaqlar həyəcanla öz çıxışlarını gözləyirlər. Müəllimlərsə öz dəstək və məsləhətlərini əsirgəmirlər. Bu, onların birgə işlərinin bəhrəsidir. Günlərdən Birinci gün, həftənin ilk günü uğurlu və məhsuldar başlandı. Bəli, bu gün sözügedən məkanda, ali və doğma ocağımızda məktəb-studiya şagirdlərinin Ulu öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri – Elmi-ifaçılıq konfransı keçirilir.

Qeyd etməliyik ki, elmi-ifaçılıq konfransları ilk dəfə illər öncə məktəb-studiyanın yaradıcısı və rəhbəri mərhum professor Tərlan Seyidov tərəfindən bir layihə kimi irəli sürülmüşdür. Həmin layihə həm respublika, həm də beynəlxalq konfranslar, müsabiqələr, festivallar səviyyəsində həyata keçirilmişdir. Müəllif layihəsi kimi keçirilən konfrans yarandığı gündən mütəmadi olaraq, təşkil edilir. Layihə həm şagird-müəllim, tələbə-müəllim müştərək işinin məhsulu, eləcə də fənlərarası inteqrasiyanın inkişafına bir təkan, bir motivasiya rolunu daşımaqdadır. Məqsəd şagird və tələbələrdə ifaçılıqla bərabər musiqişünas təfəkkürünün də formalaşdırılmasıdır. Nəhayət, həmin ənənənin bu günə qədər qorunub saxlanılması məktəb-studiyanın rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova tərəfindən keçirilən digər tədbirlərdə olduğu kimi cari tədbirdə də öz təcəssümünü tapır.

Konfrans Heydər Əliyevə həsr olunmuş videoçarxla açıldıqdan sonra Məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva ön sözlə çıxış edərək, bu şəxsiyyətin fenomenal keyfiyyətləri, o cümlədən, elm və incəsənət xadimlərinə, musiqiçilərə, ələlxüsus da uşaq və gənclərə olan qayğısı haqqında bəhs edir. Bundan əlavə hazırkı konfransın mahiyyəti və onun keçirilmə tarixi barədə də danışır. Tədqiqatçı-musiqişünas məhz H.Əliyevin təşəbbüsü ilə 70-ci illərdə filarmoniyada hər cümə günləri Niyazinin rəhbərliyi altında keçirilən musiqi axşamları və bu konsertlərdən öncə ifa olunacaq əsərlər haqqında bir sıra tanınmış musiqişünasların çıxışlarından, bunun bir ənənə şəklində digər konsertlərə də sirayət etməsindən söz açır.

Məqam çatır balaca məruzəçilərimizə – söz onlarındır. Bir-birinin ardınca maraqlı çıxışlar səslənir: əvvəlcə marimba aləti ilə IX sinif şagirdi Məhəmmədəli İbrahimov (müəllimlər: ixtisas – Firuz Hüseynov, nəzəriyyə - Günay Məhyəddinli) Pol Desmondun məşhur caz kompozisiyası “Take five” haqda məruzə edir. İlk çıxış etmək hər zaman cəsarət istəyir. Bu iştirakçımız da çox həyəcanlı olsa da bütün hisslərini cilovlamağa çalışaraq, bəstəkarın özü, daha sonra caz tarixi barədə bir neçə kəlmə və ümumiyyətlə, caz kompozisiyaları, ifaçıları barədə danışıb nəhayət, marimba aləti üçün bu işləməni ifa edərək, təhlil aparır.

Növbəti iştirakçı bizi hər zaman uğurlu ifaları ilə təəccübləndirən VII sinif şagirdi, pianoçu Quliyev Hüseyn balamız (müəllimlər: ixtisas – Əməkdar müəllim Kamilla Əmirova, nəzəriyyə – Rəna Məmmədova) isə məşhur norveç bəstəkarı Edvard Qriqin fortepiano üçün “Poetik rəsmlər” silsiləsindən birinci “rəsmi”n təhlilini verir. O, qətiyyətli çıxışı ilə burada hər hissənin nəzəri məqamlarını vurğulayaraq, musiqi illüstrasiyaları ilə onları təsdiqləyir.

Pyotr İlyiç Çaykovskinin 2 saylı Skertso əsərini violin ixtisası üzrə X sinif şagirdi Şəhla Qazıyeva (müəllimlər: ixtisas – Arzu Rzayeva, nəzəriyyə – Şəfəq Hacıyeva) məruzə və ifası ilə nümayiş etdirərək, onu struktur baxımından ətraflı şəkildə təhlilini verərək bizi romantik ab-havaya kökləyir.

Ardınca Cəlalə İsmayılzadə (VIII sinif, fortepiano; müəllim – Kamilla Əmirova) İ.S.Baxın “İngilis süitası” (a-moll) haqqında məruzəsilə çıxış edir. Burada o, həm barokko üslubunun parlaq nümayəndəsi olan bəstəkarın həyatı, yaradıcılığı barədə, həm süitalardan, eləcə də onların tərkibinə daxil olan rəqslər haqqında, həm də bilavasitə nümayiş etdirdiyi əsərdə maraqlı məqamlara toxunur.

Fortepiano sinfi üzrə təhsil alan IX sinif şagirdi Gülər Mahmudzadə (nəzəriyyə müəllimi – Günay Məhyəddinli) özünün ürkək və təvazökar tərzilə nəhəng  L.V.Bethovenin 9 saylı sonatası haqda musiqili illüstrasiyalarla hissə-hissə təhlil aparması ilə yadda qalır.

Çıxış edən məruzəçilər arasında növbəti iki iştirakçını məxsusi olaraq, vurğulamaq istərdim. Bunlar Araş Seyfpur və Rauf Bağırzadədir. Hər iki məruzəçi emosionallığı və parlaqlığı ilə diqqəti cəlb edir. Onların çıxışı istər natiqlik qabiliyyəti, artistizm, auditoriya ilə kontakt, rabitə yaratmaq, istər məruzənin konseptual quruluşu, istərsə də onun obrazlı çatdırılması cəhətdən seçilir.

Araş Seyfpur fortepiano ixtisası üzrə V sinif şagirdidir (müəllimlər: ixtisas – Əməkdar müəllim, dosent Mədinə Tuayeva, nəzəriyyə – Vəfa Həmidova). O, öz məruzəsində V.A.Motsartın yaradıcılıq dəst-xətti, həmçinin digər janrlar arasında sonatalara ayırdığı yer və məhz 16 saylı (K.545) C-dur sonatasının xüsusiyyətlərindən danışır. Əvvəlcə, bu kiçik məruzəçi ümumilikdə klassisizm dövrü sonatalarının quruluşunu və məhz bu sonatadakı bütün hissələri nəzərdən keçirir. Daha sonra isə bilavasitə öz mövzusu olan  Do major sonatasının birinci hissəsini ifa edərək, yaşı az olsa da, sanki bir musiqişünas nitqilə obrazlı, müqayisəli, bədii-strukturlu təhlil aparmaqla auditoriyanı ələ almağı və maraqlandırmağı bacarır.

Bağırzadə Rauf (müəllimlər: ixtisas – Nuranə Zeynalova, nəzəriyyə – Aytən Baxşıyeva) fortepiano ixtisası üzrə VII sinif şagirdi kimi o da məruzəsində F.Şopenin 4 saylı h-moll mazurkasına olduqca bədii yanaşaraq, öz fərdi münasibətini bildirir. Əlbəttə, öncədən romantizm cərəyanının, xüsusilə pianoçular üçün sevimli nümayəndəsi olan bu bəstəkarın üslub cizgiləri və yaradıcılıq xüsusiyyətlərinə toxunduqdan sonra əsərə keçid edir. O, bu əsəri bir hekayəyə bənzədib özünəxas, emosional tərzdə cürbəcür ədəbi çalarlarla bəzəyərək, canlandırır. Burada Raufun müstəqil təfəkkür və təxəyyül genişliyinin, o cümlədən gözəl ifa tərzinin, eləcə də iti zəkasının şahidi oluruq.

Sevindirici haldır ki, konfransda ən kiçik şagirdlərimiz belə yer almışdır. Onlar səhnədə bir məruzəçi kimi ilk dəfə özlərini sınayırlar. Bunlar, Fikrət Əmirovun “Aşıqsayağı” əsərilə çıxış edən Minaxanım Mirzəbəyli (IV sinif, fortepiano, müəllimlər: ixtisas – dosent Sevinc Sultanova, nəzəriyyə – Tutu Hüseynova) və Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı ilə məruzə edən Rasim Əfəndiyev (I sinif, vokal, müəllimlər: ixtisas – Ofeliya Axundova, nəzəriyyə - Aytən Baxşiyeva) idi ki, sonuncu iştirakçı da həm səsi, həm dərrakəli çıxışı ilə fikirlərini və musiqinin əhvalını ötürməyə nail olur.

Nəhayət, gəlib çatdıq tədbirimizin sonuna, məhsuldar bir günün yekununa. Müəllimlər də – şagirdlər də, boyüklər də – uşaqlar da, iştirakçılar da – dinləyicilər də, bir sözlə, hər kəs yüksək əhval-ruhiyyədə! Alqışlar! Sevinc! Minnətdarlıq! Və... Məmnuniyyət! Bax, budur günün uğuru!

“Balaca tədqiqatçılarımız” adlı məqalə musiqişünas

Vəfa Ramazan qızı Həmidova tərəfindən qələmə alınmışdır

22. 05. 2025

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Uzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub - MASALLIDA

Uzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub - MASALLIDA

John Doe 3 həftə əvvəl

Şair Arif Fərzəlinin gənclərlə görüşü - MASALLIDA

Şair Arif Fərzəlinin gənclərlə görüşü - MASALLIDA

John Doe 1 ay əvvəl

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir - MASALLIDA

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir - MASALLIDA

John Doe 2 ay əvvəl

Gənc şair Samitin şeirləri

Gənc şair Samitin şeirləri

John Doe 2 ay əvvəl

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

John Doe 2 ay əvvəl

Şair Arif Fərzəli ilə görüş - MASALLIDA

Şair Arif Fərzəli ilə görüş - MASALLIDA

John Doe 2 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com