Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirilib
15 may tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbi və Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin konserti keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri,T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi və Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəblərinin birləşmiş xor kollektivinin (bədii rəhbərlər - Nigar Talıbova və Zöhrə Haşımova) müşayiəti ilə solistlər - respublika və beynəlxalq müsabiqələr laureatları Zümrüd Əlizadə, Ərtoğrul Balayev, respublika müsabiqəsi laureatları Fizzə Həmidzadə, Aylin Kərimova (qanun), Malik Axundzadə (qarmon), beynəlxalq müsabiqələr laureatı Mikayıl Niftəliyev (piano), Safi Rzalı (piano), Aysu Gülməmmədova (piano), Murad Əhməd (piano), Fəridə Nəzərova (piano), Qafar Həsənzadə (piano) Kamal Axundov (piano), Adel Qaraxanlı (piano), Fatimə Təhməzli (piano), İmran Məmmədzadə (violin), Ayan Musayeva (gitara), Səbinə Aslanova (orqan), Fərəh Axundova (piano), Səid Nəzərli (piano), Məryəm Babanlı (violin), Şəms Əhmədova (piano), Səid Nəzərov (vokal), Nigar Məmmədova (piano), Cahan Ələkbərova (piano), Fərrin Sultanova (piano), Nadel Əkbərli (piano) və Kərəm Həsənli (tar) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan bəstəkar əsərləri, xalq rəqsi, Avropa və rus bəstəkarlarının əsərləri səslənib.
AZpress.AZ,Minə Türksoy.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.