Məmməd Əvəzoğlu:
Hünər töhfəsiyəm mən
Odlar Diyarı doğma anam, qibləgahımdır!
İlkin beşiyim, son beşiyim Boradigahımdır!
Bu yerdə doğuldum, burada sakinəm ini,
Yönsüz danışan dillərə sərt hakiməm indi,
Qoy haqqı dananlar oxusun, mən kiməm indi,
Öz kimliyini dərk edənin kimsəsiyəm mən,
Bu doğma Azərbaycanımın zərrəsiyəm məm.
Yem qapmamışam qarnım üçün özgə qabından,
Feyz almamışam qonşuların hər əzabından,
Qoy söhbət açım xəlqə "Boradigah" kitabından,
Söz sahibinin yerdəki söz elçisiyəm mən,
Bu doğma Azərbaycanımın zərrəsiyəm məm.
Sanballı bir iş gördü, Sücəddin bəyə əhsən!
Zəhmətlə gətirmiş kitabı ərsəyə, əhsən!
Bu yolda olan hər köməyə, hər səyə əhsən!
Ey şanlı kitab, söylə hünər töhfəsiyəm mən!
Bu doğma Azərbaycanımın zərrəsiyəm məm.
Məmməd Əvəzoğlu.12.05.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.