Bakı Musiqi Akademiyasında mühazirələr dinlənilib
02.05.2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyev geniş elmi-mədəni auditoriyanı əhatə edən dəyərli mühazirə ilə çıxış etdi. Mühazirənin mövzusu “Üzeyir Hacıbəyli və opera” adlanaraq dahi bəstəkarın 140 illiyinə həsr olunmuşdu.
Çıxış zamanı mühazirəçi yalnız Üzeyir bəyin yaradıcılığına deyil, ümumilikdə, dünya opera sənətinin tarixinə də nəzər salaraq -İtaliya, Almaniya, Rusiya və Fransa opera məktəblərinin formalaşma mərhələləri, janrın keçdiyi təkamül yolu, müqayisəli təhlil nəticəsində meydana çıxan mənzərə haqqında geniş məlumat verdi.
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Koroğlu” ya qədər olan inkişaf prosesini, musiqili komediyaların xalqın milli təfəkküründə rolunu vurğuladı.
Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələr mühazirəni maraqla qarşılayaraq, sonda E.Mirzəyevə minnətdarlıqlarını bildirdilər. Elmi ictimaiyyət üçün olduqca faydalı olan bu mühazirə, həm informativ, həm də ilhamverici ruhu ilə yadda qaldı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.