"Sabah"la "Nefty" ABL-in yarımfinalına yüksəlib
Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) pley-off (1/4 final) mərhələni oyunları davam edir. Bu gün bu mərhələdə daha iki oyun keçirilib və yarımfinalçılar bəlli olub. Adını yarımfinala ilk yazdıran cütlükdə "Sabah"la "Neftçi" yer alıb. Qeyd edək ki, olkə çempionu adını daşıyan "Sabah" "Sərhədçi"ni üstələməklə yarımfinala yüksəlib. Bu gün Bakı İdman Sarayında baş tutan cavab matçında "Sabah" rəqibini 104:77 (25:11, 33:21, 20:24, 22:21) hesabla məqlub edib.
İkinci yarimfinalçı olan "Neftçi" isə "Ordu" ilə oyunlarda qalib gəlib. Qeyd edək ki, bu gün Bakı İdman Sarayında baş cavab matçında "Neftçi" rəqibini 54:88 (11:22, 7:18, 11:24, 25:24) hesabla məğlubiyyətə uğradıb.
Aprelin 22-də pley-offda daha iki oyun keçiriləcək. Bakı idman Sarayında baş tutacaq birinci oyunda "Şəki" ilə "Gəncə" qarşılaşacaq (saat 14:00). Bu cütlük arasında keçirilən iki oyundan sonra ümumi hesab 1:1 olub. Sabahkı oyundan sonra qalıb aşkar ediləcək. Aktıvinə ikinci qələbəni yazdıran klub yarımfinala yüksələcək.
Saat 19:00-da isə həmin zalda "Abşeron"la "Naxçıvan" üzləşəcək (ilk oyun 0:1).
Reqlamentə gorə, yarımfinalda "Sabah" klubu "Şəki"-"Gəncə" matçının, "Neftçi" isə "Naxçıvan"-"Abşeron" qarşılaşmasının qalibi ilə üzləşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.