"Milli Aviasiya Akademiyası" Azərbaycan çempionatında üçüncü olub
Qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında üçüncü yeri sahibi bəlli olub. AVF-dan verilən. məlumata görə ölkə çempionatının bürünc mükafatçısı "Milli Aviasiya Akademiyası" klubu olub. Qeyd edək ki, "akademiklər" bürünc medal uğrunda yarışda "Gəncə" klubunu iki dəfə məqlub ediblər. İlk oyunda 3:1 hesabla qalib gələn "MAA" cavab matçında da rəqibini üstələməyi bacarıb - 3:2 (25:27, 17:25, 25:14, 25:14, 25:21, 15:12).
Yeri gəlmişkən, kişilərin analoji yarısında isə "Xilasedici" "Neftçi" ilə üzləşib. İlk oyunda "Xilasedici" qalıb gəlib - 3:0. Bu gün isə komandalar Bakı Voleybol Mərkəzində cavan matçına çıxacaqlar. Əgər bu dəfə də "Xilasedici" qalib gələrsə, reqlamentə uyğun olaraq ölkə çempionatının bürünc medalçısı olacaq.
Xatırladaq ki, qadınların yarışının final seriyasında Azərbaycan çempionu adını daşıyan "Abşeron"la ölkə voleybolunun flaqmanı olan "Azərreyl" qarşılaşıb. İlk oyun çempionun qələbəsi ilə bitib - 3:0. Cavab oyunu aprelin 24-də saat 15:00-da Milli Gimnastika Arenasında olacaq.
Kişilərin final seriyasında isə "Azərreyl"lə "Murov Az Terminal" üzləşəcək. İlk oyun aprelin 22-də saat 15:00-da Bakı Voleybol Mərkəzində olacaq. Cavab oyunu isə aprelin 24-də keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.