Məmməd Əvəzoğlu:
Dəli şeytan dedi ki
Dəli şeytan buyurur, bəsdi daha,yazmağı at,
Oxuyan olmayacaq, eyləmə xəlqi narahat.
Yazıq ilham pərisin təngə gətirdin, a bala,
Götürürsən əlinə dəftərini əlbəsaat.
Füzuli, Seyyid Əzim, Vahidin zamanı deyil,
Zəmanə başqadır e, sən bu qədər olma fanat.
Necə qəmli oturub Mirzə Ələkbər Sabir!
Hansı şair babanın gül üzünə güldü həyat?
Yazıq o Seyyid Əzim...Mollalar öldürdü onu,
Batabat əyyamıdır, ay Əvəzoğlu, batabat!
Baba Pünhan özünə qəm şələsin dərd elədi,
O da yazıq kişinin saf ürəyin eylədi çat.
Dəli şeytan dedi: ya ustalığa meylini sal,
Ya da get bir dükan aç, alver elə, ləbləbi sat.
Yatmısan,ay bala, bu millət acından qırılır,
Kitabı çək bazara, kim verəcək bircə manat?
Ziya Dərviş də səni yazmağa çox sövq eləyir,
Onu bil, başdakılar xoşlamayırlar zarafat.
Ya yazırsan, elə yaz "alilərə" qoyma qəmiş,
Az elə istiotu, əzraili sən də yubat.
İstəyirmiş dəli şeytan da sənin xətrini çox,
Ay Məhəmməd,onun əmvatına göndər salavat.
Məmməd Əvəzoğlu.28.03.2025.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.