29 yanvar 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Aİ Ermənistana 20 milyon avro ayırıb

Aİ Ermənistana 20 milyon avro ayırıb

Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb

Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb

On dörd Avropa ölkəsi Putinin kölgə donanmasına qarşı mübarizə aparmaq üçün müqavilə imzaladı

On dörd Avropa ölkəsi Putinin kölgə donanmasına qarşı mübarizə aparmaq üçün müqavilə imzaladı

Serbiya prezidenti Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün plan açıqlayıb

Serbiya prezidenti Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün plan açıqlayıb

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov: BÖYÜK QAYIDIŞ: Mədəni irsin inkişafında kapitallaşdırılmanın rolu

9 ay əvvəl 244 01

Faiq İsmayılov:

BÖYÜK QAYIDIŞ: Mədəni irsin inkişafında kapitallaşdırılmanın rolu

Son onilliklərdə bütün dünyada, o cümlədən Azərbaycanda mədəni irsin cəmiyyətdəki rolu artmışdır. Müasir mədəni iqtisadiyyatın necə qurulduğu, hansı iqtisadi mexanizmlərin və idarəetmə texnologiyalarının mədəni sfera resurslarına axın təmin etdiyi barədə fikirlər nəzərəçarpacaq dərəcədə dəyişib.

Bəzi Avropa ölkələri, xüsusilə Hollandiya və Böyük Britaniya öz şəhərləri üçün aparıcı inkişaf strategiyası kimi sənayesizləşdirməni seçiblər. 1970-ci illərdən mədəniyyətə və mədəni irsə dəstək bu ölkələrin siyasətində strateji prioritetə çevrilib. Həmin dövrdə hazırlanmış layihələr ərazilərin investisiya cəlbediciliyinin artırılmasına hesablanırdı. İşçilərin ixtisasının artırılması, innovasiya və yaradıcılığın həvəsləndirilməsi, şəhərlərin və qəsəbələrin rəqabət qabiliyyətinin artırılmasına töhfə vermək üçün, iqtisadiyyatın kreativ sektorunun yəni kreativ sənayenin dəstəklənməsi proqramları bunun əsasını təşkil edirdi.
Yaradıcı sənayelərin inkişafı bir çox ölkələrə post-sənaye iqtisadiyyatında yaradıcı iqtisadiyyata keçməyə imkan verən sosial uyğunlaşma proqramına çevrilirdi. Mədəni irslə bağlı şəhərlərdə kənd və qəsəbələrdə  aktiv formasiyalar başlanmışdı. Beləki ərazilərin görkəmini dəyişdirən, cəlbediciliyini artırmaq üçün, kapitalı turistlərin və yeni gəlir mənbələrinin axınını təmin edən yaradıcı klasterlərə xərcləyirdilər.
O dövrdən yaradıcı iqtisadiyyatın formalaşması başlandı. Müasir tendensiyalar kontekstində mədəniyyət və mədəni irsə yeni iqtisadiyyatın resursu və inkişafın fəal artımı, yeni təfəkkür mənbəyinin məhsulu  kimi yanaşmağa başlanılmalıdır.
Mütəxəssislər mədəni sərvətləri öyrənir  Ərazinin texnoloji yaradıcılıq sektorunun işləməsi və onların potensialarının qiymətləndirilməsi, habelə bu sahənin ehtiyac və imkanlarının müəyyən edilməsi üçün ərazinin mədəni və yaradıcı ehtiyatlarının xəritələrini hazırlayırlar.
Mütəxəsislər eyni zamanda, mədəni irsin və əraziyə məxsus mədəni dəyərlərin eləcədə, ərazinin spesifikliyini necə formalaşdırıla biləcəyini öyrənir, ərazinin simasını necə dəyişdirə biləcəyi, yerli ictimaiyyət tərəfindən maraqlı və tələbatlı hala gəlməsi, qonaqları və turistləri necə cəlb edə biləcəyi ilə bağlı idarəetmə texnologiyaları və konkret təkliflər hazırlayırlar.
Regionun, zəif cəhətlərini güclü tərəflərə çevirən mədəni dəyərlərinin olması, mədəniyyət təşkilatlarının digər qurumlarla əməkdaşlıgını zəruri edir. Biznes qrumları ilə mədəniyyət təşkilatlarının əməkdaşlıq mövqeyinə keçməsi  regionda yaradıcılıq mühitinin yaxşılaşdırılmasına, turizmin inkişafına, investisiyaların cəlb edilməsinə, münbit şərait yaradacaq.  Məhz bu da yeni iş yerlərinin yaradılmasına, sosial-iqtisadi problemlərin həllinə  səbəb olacaqdır.
Yaradıcı iqtisadiyyat nəzəriyyəçilərinin diqqət mərkəzində yaradıcılıq sahəsində, mədəni irs və iqtisadiyyatın biri-birinə uyğunlaşdırılması məsələsi pioritet təşkil edir.  Çünki yaradıcı iqtisadiyyat ənənəvi iqtisadiyyatdan yaradıcı şəxsiyyətlərin iştirakı ilə fərqlənir.
Adi iqtisadiyyatda şirkətlər məhdud maddi resurslarla fəaliyyət göstərir və ilk növbədə qiymətə görə rəqabət aparırlar. Yaradıcı iqtisadiyyatda isə insanlar və firmalar qeyri-məhdud resurslardan istifadə edir, onlara qısamüddətli əqli mülkiyyət hüquqlarını əldə edir və bazar qiymətləri ilə rəqabət aparmırlar.
Beləliklə, biz təbii sərvətlərin və maddi nemətlərin qıtlığına əsaslanan azalan mənfəət marjasından mümkün ideyaların sonsuzluğuna və onlardan yeni məhsul və əməliyyatların istehsalında istifadəsinə əsaslanan artan mənfəət marjasına keçilir. Burada Yaradıcı iqtisadiyyatla bərabər texnologiyalarında aparıcı rolu  mühüm əhəmiyyət daşıyır.
Real iqtisadiyyatdan fərqli olan yaradıcı iqtisadiyyatın əsas məhsulu olan və brendə çevrilən "simvolik iqtisadiyyat" adlanan iqtisadiyyata keçid baş verir.
Yaradıcı iqtisadiyyat, qeyri-maddi sərvətləri mədəniyyət təşkilatlarının strateji resursuna və kapitalına çevrilir. Bu da onlara qeyri-iqtisadi nemətlərdən yəni simvolik atributların hazırlanmasının üstünlüklərdən yararlanmağa imkan verir. Ümumilikdə bu fəaliyyət xalq arasında nüfuzun artmasına, əfsanə və miflərin və mədəni ənənələrin elementlərindən istifadə edilməsi eləcədə, arzu və istəklərdən, xalqın zövqündən və rəğbətindən iqtisadi səmərə əldə etməyə imkan verir.
Keyfiyyətlə yaradılan bütün brend məhsullar tamaşaçıların mədəni zövqlərinin cəlbediciliyinə, inamının simvoluna, mədəni irsin həqiqiliyinin təminatına çevrilir. Mədəni dəyərləri əks etdirən məhsullarının və xidmətlərinin qiymətində simvolik komponentin payı durmadan artır. Eyni zamanda, yaradıcı iqtisadiyyat texnologiyaları mal və xidmətlərə təkcə simvolik deyil, həm də sosial əhəmiyyət daşıyır.
İnsanların ehtiyac duyduğu maddi ehtiyaclar, qeyri-maddi ehtiyacların mövcudluğunu əks etdirir. Mədəniyyət sferasının təklif etdiyi mal və xidmətlərə tələbat onu doğuran sosial-psixoloji motivlərlə birbaşa bağlıdır. Tələbin ölçüsünə təsir edən iqtisadi təsirlər sosial davranış motivlərinə əsaslanır.  Beləki, müəyyən sosial qrupun həyat tərzinə uyğunlaşmaq istəyi, dəblə ayaqlaşmaq istəyi, başqalarından fərqlənmək yaradıcılığın tələblərindəndir.  Yaradıcı sənaye, mədəniyyət və mədəni irslə  məşğul olmaq potensialına malikdir ki, bu da emosional dünyanın sərhədlərini genişləndirir.
İnsanların qeyri-maddi ehtiyaclarını idarə etmək üçün mürəkkəb və incə texnologiyalar insanlara mədəni irsi və müasir mədəniyyəti demək olar ki, yenidən kəşf etməyə və hər kəsə öz maliyyə imkanlarından asılı olaraq buna pul xərcləməyə imkanı verir. Yaradıcı iqtisadiyyat, mədəni irs və yaradıcı sənayelər bir-birinin mövcudluğunu dəstəkləyir və qarşılıqlı inkişafa töhfə verir. Cəmiyyətin yaradıcı potensialı və mədəni sərvətlər ölkələrin qlobal rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrilir.
Bütün bu fəaliyyət,  mədəni irsin qorunmasından mədəni irsin kapitallaşmasıa keçidi   təmin edilməsi zərurətini yaradır. Ümumiyyətlə, beynəlxalq təcrübəni nəzərdən keçirəndə bu cür kapitallaşmanın əsas texnologiyalarını aşağıdakı kimi qeyd edə bilərik:
Turizm sənayesi. Bunlar əsasən turizmin özünəməxsus xüsusiyyətlərinə malik olan ərazinin özünəməxsus xüsusiyyətlərindən istifadə edən xüsusi turizm növləridir - mədəni izi təbliğ edən turizmi, ekoturizm, aqroturizm, kulnariya turizmi və s.
İncəsənət iqamətgahları. İncəsənət insan hisslərinin təsvir edən vasitə və istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. Buraya mədəniyyət və təhsil mərkəzləri daxildir. İncəsənət rezidenturaları nisbətən yeni təcrübədir, lakin onların tarixi kökləri var. Yaradıcı şəxslərə və ya qruplara öz bədii layihəsini bu və ya digər yerdə həyata keçirmək imkanı verilir. Mədəniyyət və təhsil mərkəzlərinin layihələri müsbət dəyişiklikləri stimullaşdırır və yerli mədəniyyətin beynəlxalq kontekstdə yer almasına imkan verir.
Xüsusi mədəni tədbirlər. Həm beynəlxalq, həm də ölkədaxili tədbirlərdə görkəmli mədəniyyət xadimlərinin ən yaxşı təcrübələrini təbliğ etmək məqsədi ilə, ya müzakirə platformalarını əhatə edən forum və festivallarda, iş əlaqələri qurmaq və xarici tərəfdaşları cəlb etmək məqsədi daşıyır.
Mədəni irsin qorunub saxlanması sahəsində Azərbaycan təcrübəsində müəyyən canlanma yaşansada,  bu sahədə hələ də bəzi aşağıda adları çəkilən çatışmamazlıqlar mövcuddur:

• Bu sahədə, həddindən artıq dövlət məsuliyyətinin olması, funksiya və səlahiyyətlərin bir qisminin ictimai təşkilatlara həvalə edilməməsi;
• İctimai təşkilatlar mədəni və tarixi irsin qorunub saxlanması üçün bəzi fəaliyyətlər həyata keçirirlər, lakin onların çox vaxt təcrübə potensialı məhdud olduğundan qeyri-peşəkar xüsusiyyətlərə malikdirlər;
• Bir sıra mədəni irs obyektləri olan dövlət orqanları ilə ictimai təşkilatlar arasında konstruktiv işgüzar əlaqələrin olmaması müşahidə olunur;
• Mədəni irsin qorunmasında və onun əhəmiyyətinin dərk edilməsində  bütün maraqlı tərəflərin əməkdaşlığına yönəldilmiş məqsədyönlü və sistemli təbliğat və izahat işlərinin zəif aparılması;
• Genişmiqyaslı tədbirin keçirilməməsi və peşəkar kadrların çatışmaması;

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bir çox yaşayış məntəqələrində unikal mədəni və təbiət abidələri olsa da, məskunlaşma sistemindəki dəyişikliklər və mənfi demoqrafik meyllər səbəbindən ərazinin mədəni inkişaf səviyyəsi kəskin şəkildə aşağı düşür.
Ərazidə fəaliyyət göstərən podaratçı təşkilatın qeyri-peşəkar fəaliyyəti nəticəsində mədəni landşaftın davamlılığı pozulur, təkcə nadir tarix və mədəniyyət abidələrinin əlçatanlığı yox, həm də bütün kənd ərazilərinin sosial-iqtisadi inkişaf perspektivlərini itirilir.
İşğaldan azad edilmiş ərazilərdə kiçik kəndlərin tədricən, təcrid olunaraq ucqar ərazilərə çevrilmələri şəhərlərlə bu kəndlər arasında mədəni maneələr yaranır. Belə bir vəziyyətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baxımsız qalan mədəni irs nümunələri  yeni sosial-iqtisadi şəraitə uyğunlaşma üçün əsas mənbəyə çevrilir. Buna nail olmaq üçün mədəni irsdən kapitallaşdırmaq və onun obyektlərindən istifadənin səmərəliliyini artırmaq lazımdır.

Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Qulu Məhərrəmli: XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

Qulu Məhərrəmli: XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

John Doe 2 həftə əvvəl

Asif Rüstəmli: 2025-ci İLDƏ

Asif Rüstəmli: 2025-ci İLDƏ

John Doe 3 həftə əvvəl

Faiq İsmayılov: "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır

Faiq İsmayılov: "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır

John Doe 4 həftə əvvəl

Tariyel Azərtürk: Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

Tariyel Azərtürk: Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

John Doe 1 ay əvvəl

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

John Doe 1 ay əvvəl

Natiq Cəfərli: İqtisadiyyatla məşğul olan hüquqşünas nazirlərə cavab

Natiq Cəfərli: İqtisadiyyatla məşğul olan hüquqşünas nazirlərə cavab

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com