"Abşeron" liderliyini daha da möhkəmləndirib
Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 17-ci turun oyunları keçirilib. Turda keçirilməsi nəzərdə tutulan hər üç oyun baş tutub. Turun diqqətçəkən oyunlarından biri UNEC-in İdman zalında keçirilib. Belə ki, çempionata vahid liderlik edən "Abşeron" klubu hələ də aktivinə xal yazdıra bilməyən və bu səbəbdən də yarış cədvəlinin autsayderi olan UNEC-in qonağı olub. Özünü heç də qonaq kimi aparmayan "Abşeron" ev sahibini quru hesabla (0:3) məğlub edərək liderlik mövqeyini daha da möhkəmləndirib.
Turun daha iki oyunu isə Bakı Voleybol Mərkəzində baş tutub. Əvvəlcə "Murov Az Terminal"la "Azərreyl", ardından isə "Milli Aviasiya Akademiyası" klubu ilə "Gəncə" qarşılaşıb. Bu oyunlarda "Azərreyl" 3:1, "Gəncə" isə 3:2 hesabla udub.
Turnir cədvəlində vəziyyət belədir:
Abşeron - 43 xal, MAA - 39, Azərreyl - 29, Gəncə - 24, Murov - 18, UNEC - 0.
Martın 28-də isə kişilərin analoji yarısında 17-ci turun oyunları keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.