Maradonanı müalicə edən həkimlər mühakimə olunacaqlar
Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın son günlərində ona qulluq edən səkkiz tibb işçisindən yeddisi, onun ölümünə səbəb olan qəsdən adam öldürmə və cinayət ehtiyatsızlığı ittihamı ilə mühakimə olunacaq.
Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Bundan bir qədər əvvəl o, beynindəki qan laxtasını çıxarmaq üçün əməliyyat olunmuşdu. Onun alkoqol və narkomaniyadan müalicə aldığı da məlum olub.
Ölkə prokurorluğu futbolçunun ölümündən az sonra həkimlər və tibb bacıları ilə bağlı araşdırmalara başlayıb. Hələ 2021-ci ildə Maradonanın ölümünün səbəblərini araşdıran 20 ekspertdən ibarət komissiya həkimlər qrupunun hərəkətlərini “uyğunsuz, qeyri-adekvat və məsuliyyətsiz” hesab etmişdi. Mütəxəssislər belə qənaətə gəliblər (və məhkəmə də qeyd edib) ki, əfsanəvi futbolçunun müvafiq tibb müəssisəsində düzgün müalicə olunsaydı, “sağ qalmaq şansı daha yüksək olardı”.
İttiham edilənlər arasında Maradonanın neyrocərrahı Leopoldo Luke (o, həm də onun şəxsi həkimi idi), psixiatr və tibb bacıları da var. Onların hamısı futbolçunun ölümündə günahlarını inkar edirlər.
Hərəkətlərinin ölümlə nəticələnəcəyini bilə-bilə adam öldürmədə təqsirli bilinən müttəhimləri səkkiz ildən 25 ilədək həbs cəzası gözləyir.
Dieqo Maradona futbol tarixinin ən böyük oyunçularından biri hesab olunur. FİFA-nın rəsmi saytında səsvermənin nəticələrinə görə, o, 20-ci əsrin ən yaxşı futbolçusu seçilib.
1986-cı il Dünya Kubokunda Argentina yığmasının kapitanı idi və məhz o zaman İngiltərə ilə 1/4 finalda o, sonradan "Allahın əli" kimi təsvir etdiyi əli ilə bədnam qolu vurdu.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.