Sərbəst güləşçilərimiz AÇ-da daha 5 medal qazanıblar
Arsiney Djioyev Avropa çempionu olub
Albaniyanın paytaxtı Tiranada 23 yaşlı gənclər arasında idman güləşi üzrə keçirilən Avropa çempionatında sərbəst güləşçilərin yarışı başa çatıb. Yarışın ikinci günündə 4(0-2-2) medal qazanan sərbəst güləş üzrə U-23 yiqmamiz üçüncü gün daha 5 (1-2-2) medal qazanmaqla medalların sayını 9-a (1-4-4) çatdırıb.
Üçüncü gün qazanılan medallara gəlincə, yeganə qızıl medalı final da daxil olmaqla bütün görüşlərini qələbə ilə başa vuran Arsiney Djioyev (86 kq) qazanıb. O, həlledici finalda fransalı Raxim Maqamadovu məqlub edib - 9:2. Gümüş medallari yalnız son final görüşündə büdrəyən Ceyhun Allahverdiyev (61 kq) və Aqanəzər Novruzov (74 kq) qazanıblar. Günün bürünc medalları isə çıxışını üçüncü yerdə bitirən Sadiq Mustafazadə (92 kq) ilə Yusif Dursunovun (125 kq) payına düşüb.
Dünən zərif cinsdən olan güləşçilər mübarizəyə qatılıblar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.