Azərbaycanın Saber komandası Avropa çempionatında çıxışını başa vurub
Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan yığması Antalyada (Türkiyə) keçirilən qılıncoynatma üzrə gənclər arasında Avropa çempionatında çıxışını başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Fərəh Abasova, Leyla Əhmədova, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət komanda Avropa çempionatında 11-ci yeri tutub.
İlk görüşdə qılıncoynadanlar Ukrayna komandasına 29:45 hesabı ilə uduzublar. 9-16-cı yerlər uğrunda görüşlərdə İspaniya yığmasına qalib gəlsələr də (45:42), sonra isə polşalı rəqiblərinə uduzdular (37:45).
Vahab Fətullayev, Emin Səfərbəyli və Oruc Misirzadədən ibarət qılıncoynadanlar komandası ilk görüşdə Avstriya komandasına uduzaraq (34:45) turniri 18-ci yerdə başa vurub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.