Kişi basketbol millimizin iki üzvü DÇ-2027-nin seçməsində fərqlənib
Final mərhələsi 2027-ci ildə Qətərin paytaxtı Dohada keçiriləcək kişi basketolçuların dünya çempionatının birinci təsnifat mərhələsinin seçmə qrup oyunlarına fevralın 23-də baş tutan qarşılaşmalarla yekun vurulub. Qeyd edək ki, 4 qrupda keçirilən və Azərbaycan yığmasının yer aldığı və sonuncu olduğu A qrupundan növbəti mərhələyə qrupun lideri İsveçrə ilə yanaşı, Rumıniya, Norveç və Avstriya millisi vəsiqə qazanıb. Qeyd edək ki, millimiz qrupda keçirdiyi 6 oyundan yalnız birində qalib gələrək sonuncu yeri tutsa da komandamızın iki üzvü müxtəlif nominasiya üzrə fərqlənənlər arasında yer alıb.
Belə ki, millimizin forvardi Donta Hol hər oyunda təxminən 17,3 xal toplamaqla bu nominasiyada Top-5-i tamamlayıb. Daha bir basketbolçumuz - Orxan Aydın isə bir oyunda 27 xal toplayan (Kosovo ilə görüşdə) oyunçular siyahısında 5-ci olub.
Xatırladaq ki, Azərbaycan millisi öz tarixində ilk dəfə olaraq dünya çempionatının (DÇ) seçmələrində iştirak edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.