Şamil Aziz:
ELƏ SANIRDIM Kİ, CAVAN QALACAM
Qocalıq durmadı mənim gözümə,
Tale gülmüş demək mənim sözümə,
Nə qədər desəm də özüm-özümə,
Nə vaxtsa yaşlanıb mən qocalacam,
Mən elə sanırdım cavan qalacam.
Tez gəldin ay gənclik zara üzümdən,
Qırışlar yaradır yara üzümdə,
İnana bilməzdim qara üzümdən
Dən düşən saqqalla mən ağaracam,
Mən elə sanırdım cavan qalacam.
Nə heyif deyirəm cavan günümçün,
Cavan səs-küyümçün,cavan ünümçün,
Mən hardan biləydim cavan dünümçün,
Gün gələr diz çöküb,mən yalvaracam,
Mən elə sanırdım cavan qalacam.
Şamil Aziz.
(Çeboksari şəhəri,Çuvaşıstan respublikası,Rusiya federasiyası.)
07.05.2024.
* * *
Müəllifin digər şeiri:
BİRDİR DÜNYA.
Tapan yoxdur onun yaşın,
Qocalıbdır,pirdir dünya.
Qaldıran olmayıb daşın,
Yaman ağır girdir dünya.
Doğum günü,toy günü var,
Ölüm günü,vay günü var,
Cətin götur-qoy günü var,
Çözülməmiş sirrdir dünya.
Məzlum baxar,zalım tıxar,
Gücsüzləri güclü yıxar,
Fəryad səsi ərşə çıxar,
Səs-küylüdür,gurdur dünya.
Yaranışdan sək-səkədir,
Gecələri bir ləkədir
Elə bilmə çox yekədir,
Balacadır,cırdır dünya.
Ədalət yox baxırsan ki,
Haklı hanki,haksız hanki,
Düşünürəm bəzən,sanki,
İki deyil,birdir dünya.
Şamil Aziz.
(Çeboksari şəhəri,Çuvaşıstan respublikası,Rusiya federasiyası)
04.09.2023.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.