13 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Almaniyada ilk dəfə olaraq türk əsilli siyasətçi bir bölgənin rəhbəri oldu

Almaniyada ilk dəfə olaraq türk əsilli siyasətçi bir bölgənin rəhbəri oldu

Slovakiya prezidenti iyul ayında Azərbaycana səfər edəcək

Slovakiya prezidenti iyul ayında Azərbaycana səfər edəcək

Azərbaycan və Slovakiya parlamentləri arasında memorandum imzalanıb

Azərbaycan və Slovakiya parlamentləri arasında memorandum imzalanıb

О мерах по внедрению искусственного интеллекта в систему среднего образования Республики Казахстан

О мерах по внедрению искусственного интеллекта в систему среднего образования Республики Казахстан

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Kamran Nəzirli: ÖLÜM SƏNƏ YARAŞMIR, BACIM!!!

1 il əvvəl 366 01

Kamran Nəzirli:

ÖLÜM SƏNƏ YARAŞMIR, BACIM!!!

( Aşağıdakı ELEGİYAnı İradə xanım özü özü haqqında yazıb, paylaşdım. Mən ondan yaxşı yaza bilməzdim! Qəbri nurla dolsun!)

İRADƏ MUSAYEVA

(Ad günümə elegiya…)

Şəxsiyyət və yaradıcılıq məfhumlarını eyniləşdirməyi, bunların arasında hər hansı bir əlaqə axtarmağı heç cür qəbul etməyən U.Folkner Nobel mükafatı alanda "Bu mənə deyil, mənim yaradıcılığımadır” – demişdir. Onun çox maraqlı bir replikası var: "Mənim kitablarım üstəgəl Bill Folkner adlı kənd sakini – deyəsən onların bir-birinə çox az bağlılığı var axı”…

Doğrudan da yaradıcı və fəaliyyəti ictimai auditoriya üçün hesablanan insanların şəxsiyyətində ikiləşmə gedir daima. Bəlkə də ikiləşmə yox, çoxalma… Məsələn, mən bir ailə-məişət insanı, valideyn, övlad, həyat yoldaşı, müəllim kimi bu çoxalmış obrazların – İradələrin arasında tənqidçi İradə Musayeva haqqında daima düşünürəm və narahatam.Hərdən çox uzaqda, hərdən də lap yaxında dayanıb onun üçün kədərlənirəm…

Bir dəfə cavan yazarlardan biri söhbət əsnasında ərkyana və zarafatla dedi ki, "İradə xanım, siz öz ləyaqətinizlə çox öyünürsünüz”… Bu qənaət mənə qəribə gəldi. Əvvəla, ləyaqəti ilə öyünmə pis bir iş deyil, o ləyaqət ki onun saxlanılması naminə çox şeylərdən, rifahdan, maddi rahatlıqdan, titullardan, vəzifədən keçirsən, niyə də öyünməyəsən? İkincisi isə mən özüm haqqında deyil, məhz o- üçüncü şəxs –tənqidçi İradə Musayeva üçün qürurlanıram. O İradə Musayeva ki hazırkı ədəbi tənqid sənətində var gücü ilə mücadilədədir. Bütün həyatını oxuma və yazma peşəsinə həsr edib… Ədəbiyyatşünas kimi ədəbiyyat tarixi, tənqidi və nəzəriyyəsinin müxtəlif, həlli vacib problemlərini düşündürücü elmi arqumentlərlə gətirir ədəbi gündəmə və bütün bunlar haqqında dəyərli kitablar yazıb ədəbi camiaya təqdim edir. O İradə Musayeva ki klassik, müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, tərcümə problemləri, repressiya tarixi ilə bağlı fundamental və yeni baxış bucağında araşdırılmış silsilə məqalələr yazır, təhsil, tədris məsələləri ilə bağlı vəsaitlər çap etdirir, günün ədəbi prosesini mütəmadi olaraq oxuyub rəylər, resenziyalar yazır və s. Və o İradə Musayeva ki dostlarından çox rəqibləri və tənqid hədəfləri oxuyur onun məqalələrini…

On illərin ən yaxşı ədəbi tənqid kitabı sayılacaq məqalələr toplusunu sətir-sətir oxuyan ədəbi səlahiyyətlilər gizli bir həsəd, açıq nifrətlə az qala hər kəsi bu imzaya qarşı çevirmək istədi və çox hallarda nail oldu…

Bəzən deyirəm ki, həyatda çox çəkingən və qorxağam – inanmırlar. İnanmırlar ki, əlinə qələm alan andaca haqqında bəhs etdiyim adam nəinki bütün qorxuları, ehtiyatlılıq jestlərini, hətta mənim özümü, bu yazını yazan adamı da saya salmır, onun diqtələrinə əhəmiyyət vermir…

Bəzən isə həmin o İradə Musayeva haqqında "Bu kimə arxayındır?”, "Onun arxasında kim dayanıb?”, "Hamıdan fərqlənmək üçün belə yazır”, Öyrədiblər” və s. bu kimi mənasız, xırda hisslərlə ifadə edilən dedi-qodular eşidirəm. Halbuki orta məktəbdə yazdığı kəskin və həyəcan doğuran inşa mətnlərindəki həmin uşaqdır İradə Musayeva… Bəzən onun – tənqidçi İradə Musayevanın həmkarlarının necə xoflu, paxıl, qərəzli və hiyləgər olduğunu onun özündən də aydın şəkildə görürəm, bəzən onun tənqid hədəfi olan ədəbi məmurların əlinin altında dayanıb riyakarcasına haqq-ədalət, ədəbiyyat, elm söhbətləri edən buqələmunlar tərəfindən necə vurulduğunu, kölgəyə atıldığını açıqca müşahidə edirəm… Hər səhifədə adının üstündən keçmək, hər səhifədə adını qaralamaq, mötərizəyə almaq, nida işarəsi ilə fərqləndirici mesajlar vermək…

Elə hey ayağının altını qazırlar… O isə ayağının altına deyil, inandığı göylərə, səcdə etdiyi ədəbiyyat üfüqlərinə dikib ümidsiz gözlərini… Amma ümidsizliyini heç kimə yansıtmır, dimdiyində yanğına su daşıyır, "döyüş bayrağına ancaq "qələbə!”– sözünü yazıb”, ən ağır mübarizələrə də inamla atılır, insanlarda haqq, ədalət hissini ölməyə qoymayan əzmkarların yanında durur daima…İnanır ki, R.Rövşənin "başı kəsik gözəl kötük” həqiqəti əbədidir:

Bu dünyada nə baltalar,

Nə bıçaqlar qalacaq.

Ucalıqdan yıxılsan da,

Yenə canın sağ olsun,

Bu dünyada

Sən yıxılan ucalıqlar qalacaq…

İnanır ki, N.Hikmətin "məsələ əsir düşməkdə deyil, təslim olmamaqdadır”-fəlsəfəsi ilə mübarizədə ölər əsil ləyaqətli insan… İnanır ki, bu məmləkətdə bütün arzuları, ümidləri ölən adamlara əl ağacı kimi də olsa, dayaq olmaq lazımdır. Fərqi yoxdur, müəllim kimi, alim kimi, kimsəsiz gənc yazara mənəvi stimul verən ədəbi söz, ədəbi tənqid kimi…

Onun sarsıntılarını, kədərini, mücadilə və mübarizəsini, zəhmətkeşliyini, məsuliyyətini də bəlkə mənim qədər dəqiq görən ikinci bir adam olmur… Ədəbiyyat nəfəsliyində bir udumluq təmiz hava sevdası ilə üz tutduğu qapıların arxasında zəhərli ilanlarla üzləşən, dost bildiiyi adamlardan satqınlıq, xəyanət görən bir yaradıcı insanın acısını görmək, əslində çox ağırdır və mən bunları görürəm…

Təm-təkdir… Hər tərəfində adamlar və tam tək… İşdən yorğun gəlib bağladığı səhifələri açar, oxuyar, oxuyar və yazar… Yaxşı ki bir də mən varam! Onu qoruyan, ona inanan və heç bir meydanda onu tək qoymayan mən – onun yeganə həqiqi dostu, bu balaca yazının müəllifi…

14.12.2018.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 6 gün əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 1 həftə əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 1 həftə əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 1 həftə əvvəl

Xatirə Rəhimli: VƏTƏN!

Xatirə Rəhimli: VƏTƏN!

John Doe 2 həftə əvvəl

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

İlham Əliyev Bakı Olimpiya Stadionunun ə...

12 may 2026 16:51:54
• İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü}

İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə...

12 may 2026 13:23:34
• İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub}

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood A...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com